REGİONLAR


Naxçıvanda keçirilən komanda-qərargah təlimi davam edir

Naxçıvan, 12 mart, AZƏRTAC

“Naxçıvan Qarnizonu qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən, martın 11-dən müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi ilə keçirilən komanda-qərargah təlimi davam edir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müxtəlif dərəcəli döyüşə hazır olmaq vəziyyətinə gətirilməsi məqsədilə təlimə cəlb olunan birləşmə və hissələr təlim döyüş həyəcanı siqnalı ilə qaldırılaraq əməliyyat təyinatı rayonuna çıxarılıb.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilib.

Martın 12-də döyüşün planlaşdırılması ilə yanaşı, təlimin praktiki fəaliyyətinə cəlb olunan birləşmə və hissələr əraziyə çıxarılıb və ssenariyə uyğun məşq etdirilib. Qoşunların tam komplektləşdirilməsi üçün şəxsi heyətin qəbulu məntəqəsi açılıb, səfərbərlik ehtiyatları və cari çatışmazlığın bərpası üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim martın 16-da da davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.