REGİONLAR


Naxçıvanda keçirilən növbəti qanvermə aksiyasında 50-dən artıq könüllü iştirak edib

Naxçıvan, 13 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən qanvermə aksiyasında 50-dən artıq könüllü iştirak edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, xeyriyyə məqsədilə keçirilən qanvermə aksiyasına Naxçıvan Şəhər İcra Hakimiyyəti, qəsəbə, kənd və sahə ərazi inzibati dairəsi üzrə nümayəndəliklər və bələdiyyələrin, eyni zamanda İcra Hakimiyyətinin tabeliyində olan müəssisə və təşkilatların əməkdaşları qoşulublar. Donorlar lazımi müayinədən sonra qan veriblər.

Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qan Naxçıvan Muxtar Respublika Xəstəxanasında yaradılan Mərkəzi Qan Bankına təhvil verilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən insanlara kömək və koronavirus pandemiyası zamanı ehtiyat qan bankının zənginləşdirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.