REGİONLAR


Naxçıvanda keçirilən sambo birinciliyi başa çatıb

Naxçıvan, 30 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında keçirilən sambo üzrə şəhər birinciliyinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 60 idmançı mübarizə aparıb.

Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Rəhim Qaybalıyev (27 kiloqram), Səid Seyidov (30 kiloqram), Məhəmməd Qasımlı (33 kiloqram), Sami Səfərov (36 kiloqram), Əsgər Səfərov (39 kiloqram), Məhəmməd İsayev (42 kiloqram), Nihat Hətəmli (46 kiloqram), Tofiq Nəcəfov (50 kiloqram) və Rauf Cabbarlı (55 kiloqram) birinci olublar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.