Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda kiçik və orta sahibkarlıq inkişaf etdirilir

Naxçıvanda kiçik və orta sahibkarlıq inkişaf etdirilir

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir. Yerli məhsulların xarici bazarlara çıxışı ilə bağlı ticarət sövdələşmələrinin aparılması, yerli brendlərin yaradılması və digər sahələrdə mövcud fəaliyyətlərin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub.

Müəssisənin fəaliyyətinin təmin edilməsi məqsədilə muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 260 min manat güzəştli kredit ayrılıb. Naxçıvan şəhərində yerləşən binada məhsulun qablaşdırılması və saxlanılması üçün normal şərait yaradılıb. Həmçinin istehsal sahələrində quraşdırılmaq üçün Türkiyə istehsalı olan daha müasir texnoloji avadanlıqlar alınıb.

Ötən dövr ərzində cəmiyyət tərəfindən müəyyən araşdırmalar aparılıb və sınaq məqsədilə bir neçə məhsul üzrə pilot layihələrin icrasına başlanılıb. Bu layihələrdə muxtar respublikada fəaliyyət göstərən kiçik sahibkarların fəal istehsalat prosesinə cəlb edilməsi üçün sifariş əsasında məhsul istehsalına üstünlük verilib. Bu çərçivədə “Kənd pendiri”, “Çaşır və baldırğan turşusu”, “Bal”, “Quru meyvə” istehsalı üzrə tələblərə cavab verən istehsalçılarla müqavilələr bağlanıb, zəruri avans ödəmələr aparılıb. Məhsul istehsalının bu şəkildə təşviqi kiçik istehsalçı subyektlər tərəfindən istehsal olunan məhsulların iri marketlərə çıxışına imkan yaradır və satış probleminin həllinə ciddi töhfə verir.

“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin icrasına başladığı “Kənd pendiri” pilot layihəsi muxtar respublikada yerləşən süd emalı müəssisələrinin fasiləsiz fəaliyyət göstərməsinə şərait yaradır. Sifariş əsasında məhsul istehsal edən kiçik istehsalçılar daha çox qazanırlar. Təbii ki, həmin müəssisələr gündəlik süd tədarükünü nizamlayır, bu isə heyvandarlığın inkişafına stimul verir. Nəticə etibarilə, muxtar respublikada istehsal olunan bu məhsul əvvəlki şöhrətinə yenidən qovuşur, onlarla məhsul istehsalçısının ixtisaslaşması üçün münbit zəmin yaranır, müəssisələr böyük bazarlara çıxış imkanı əldə edirlər. Bu layihələrin digər perspektivli məhsullara şamil edilməsi də planlaşdırılır.

Satışa çıxarılan məhsulların müasir tələblərə uyğun qablaşdırılması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyə Respublikasının “Sezeniş Metal”, “Levent Makina” və “Umar Makina” şirkətləri ilə müqavilələr bağlanılıb, metal taralar, bağlama və kodlama avadanlıqları alınıb gətirilib. Hazır məhsulların market və ticarət şəbəkələrində müasir ticarət qaydalarına uyğun satışının təşkili üçün onlar barkodlarla təmin edilir, tədarük olunan məhsulların saxlanması və keyfiyyətinə nəzarət məqsədilə laboratoriya analizləri aparılır. Marketinq tədbirləri çərçivəsində “Naxçıvan Məhsulları” MMC tərəfindən xüsusi tərtibatlı soyuducuların alınaraq iri marketlərdə yerləşdirilməsi, reklam işinin təşkili, avtonəqliyyat vasitələrinin alınması və bu işə təcrübəli ekspeditorların cəlb edilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilib.

Muxtar respublikaya xas mövsümi məhsulların paytaxt Bakı şəhərinə və respublikanın digər regionlarına davamlı və intensiv şəkildə göndərilməsi istiqamətində işlərin planlaşdırılması aparılıb, bu sahədə ilkin konsepsiya və strategiya müəyyən olunub. Görülmüş işin nəticəsi olaraq, mövsümdə muxtar respublikanın kənd yerlərində yetişdirilən təzə ərik və qurudulan tut məhsullarının tədarükü üçün əhali arasında məlumatlandırma tədbirləri həyata keçirilib. Digər sahələrdə də tədbirlər davam etdirilir.

Yerli məhsulların xarici bazarlara ixracı istiqamətində müxtəlif araşdırmalar aparılmaqdadır. Bu sahədə uğurlu nəticə əldə etmək üçün muxtar respublikadan ixrac oluna biləcək perspektivli məhsullar müəyyən edilir, həmin məhsulların iqtisadi göstəriciləri və məhsuldarlığı araşdırılır. Məhsulların seçilməsində rəqabətədavamlılıq, ənənəvi və orijinal xüsusiyyətlərin olması, təbiilik və yüksək keyfiyyət kimi meyarlar “Naxçıvan Məhsulları” MMC tərəfindən diqqət mərkəzində saxlanılır. Yerli məhsulların təşviqi və ixracı sahəsində xarici tərəfmüqabillər, market şəbəkələri və logistik şirkətlərlə müxtəlif danışıqlar aparılır, mümkün əməkdaşlıq əlaqələri qurulur.

“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin bazarlara çıxaracağı məhsulların qablaşdırılmasında istifadə üçün “Aqronax” və “Pronak” adlı əmtəə nişanlarının eskizləri hazırlanıb. Həmin əmtəə nişanları qeydiyyatdan keçirilib və 10 il müddətinə mühafizəyə götürülüb. “Aqronax”ın daha çox kənd təsərrüfatı məhsullarının qablaşdırılmasında, “Pronak”ın isə (Products of Nakhchivan) gələcəkdə xarici ölkələrə təklif olunacaq məhsullarda istifadə edilməsi nəzərdə tutulur.

Sahibkarları cəmiyyətin fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin, həmçinin iş adamlarının və firmaların müraciət və təkliflərini təmin etmək üçün www.agronax.az və www.pronak.az internet saytları yaradılıb.

Qeyd edək ki, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Kənd pendiri”, “Çaşır və baldırğan turşusu”, “Bal”, “Quru meyvə” pilot layihəsi çərçivəsində ilkin olaraq kənd pendiri, çaşır və baldırğan turşusu 2 kiloqramlıq metal, bal isə 250, 300 qramlıq və 1 kiloqramlıq şüşə taralarda qablaşdırılıb. “Aqronax” əmtəə nişanı ilə istehsal olunan məhsullar Bakı şəhərində və ölkəmizin digər regionlarında alıcılara təqdim olunur. Məhsulun qablaşdırılması müasir tələblərə uyğun aparılır. Nəfis tərtibatla bəzədilmiş taraların üzərində məhsulun istehsal tarixi, tərkibi, saxlanma şəraiti və müddəti göstərilir ki, bu da qida məhsulları istehsalında mühüm amildir.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb