REGİONLAR


Naxçıvanda maliyyə işçiləri üçün kurslara başlanılıb

Naxçıvan, 3 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hərbi və hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün kurslara başlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sahə üçün xüsusi hazırlanmış kursa Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində və onun Penitensiar Xidmətində, Vergilər Nazirliyində, Dövlət Gömrük Komitəsində, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında çalışan 18 mütəxəssis cəlb olunub.

“Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir. Təkmilləşdirici kursda Milli Mühasibat Uçotu Standartlarına əsasən hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin aparılması, xəzinə əməliyyatlarının təşkili və uçotu, vergi uçotunun təşkili, hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında maliyyə hesabatlarının hazırlanması mövzuları ilə yanaşı, tədris prosesində ilk dəfə olaraq “Mühasibat uçotu işinin aparılması ilə əlaqədar hüquqi məsuliyyət” mövzusu üzrə məlumatların da əhatəli şəkildə iştirakçılara çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, 12 tədris saatından ibarət olan dördgünlük kursda praktik məsələ və testlərin həllinə yer ayrılıb, eyni zamanda, bir sıra mərhələlərlə – suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması ilə zənginləşdirilib. Bundan əlavə, tədris zamanı ekspertlər tərəfindən təlimçilərin müşahidə edilməsi təlimin daha səmərəli keçirilməsinə imkan verir. Həmçinin tədris prosesində iştirakçılara gündəlik işlərində faydalı ola biləcək təlim materialları – slaydlar, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misalları özündə ehtiva edən vəsaitlər təqdim olunacaq.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.