İDMAN
Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və cüdoçular üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda federasiya tərəfindən Naxçıvan şəhərinə ezam olunmuş təcrübəli mütəxəssislər, beynəlxalq dərəcəli hakimlər cüdonun daim inkişafda olan texnika və qaydaları haqqında ətraflı məlumat veriblər.
Məşqçinin tələbələri, yarışa hazırlıq prosesi, çəki və qidalanmaya nəzarət barədə təlimatlar verilib, onların yarışlarda tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyyəti geniş müzakirə olunub. Seminarda yeniyetmə idmançılara əyani və praktiki təlimlər keçirilib.
Qeyd edək ki, Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə şəhər açıq birinciliyi keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]