Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili diqqət mərkəzindədir

Naxçıvanda mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili diqqət mərkəzindədir

Naxçıvan, 22 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli tədbirdə muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətləri barədə danışıb.

Ülvi Hüseynli deyib ki, dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətləri üçün lazımi şərait yaradılıb, əməkdaşlar iş otaqları, avadanlıqlar və sürətli internetlə təmin olunublar. Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının internet saytları istifadəyə verilib ki, bu da işin daha səmərəli təşkilinə imkan yaradır. Lakin bəzi mətbuat xidmətləri fəaliyyətlərini yaradılan şəraitə uyğun qura bilməyib, mərkəzi icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində informasiya-məlumatlandırma işini lazımi səviyyədə təşkil etməyiblər. Hazırda muxtar respublikanın 32 mərkəzi icra hakimiyyəti orqanında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsi vardır. Onlardan 11-də – Nazirlər Kabinetində, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Rabitə və Yeni Texnologiyalar nazirliklərində, Dövlət Energetika Xidmətində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatında və “Naxçıvanqaz” İstehsalat Birliyində mətbuat xidmətləri vəzifələri vakantdır.

“Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri tərəfindən təqdim edilən materiallar təhlil edilib. Aydın olub ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətləri fəaliyyətlərini muxtar respublikanın kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurublar”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri qeyd edib ki, adıçəkilən dövlət qurumlarının mətbuat xidmətləri tərəfindən qəzet və televiziyalara peşəkar arayış və hesabatlar təqdim edilir, müsahibələr verilir, həmin əməkdaşlar təşkilatın fəaliyyəti barədə veriliş və məqalələrin hazırlanmasında yaxından iştirak edirlər.

Muxtar respublikanın digər mərkəzi icra hakimiyyəti orqanlarının – Ali Məhkəmənin, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Təhsil nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ali Məclisin Sədri yanında Dövlət Qulluğu üzrə Komissiyanın, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətləri isə fəaliyyətlərini kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qura bilmirlər. Görülən işlər haqqında teleradio və qəzetlərdə, eləcə də təşkilatların öz internet saytlarında operativ məlumatlar verilmir. Bunun əsas səbəbi bəzi orqanlarda mətbuat xidmətləri vəzifələrinin vakant olması, bəzi orqanlarda isə bu vəzifəni tutan şəxslərin qeyri-peşəkar fəaliyyətləridir.

Diqqətə çatdırılıb ki, 2017-ci ildə və 2018-ci ilin ötən dövründə mərkəzi icra hakimiyyətlərinin mətbuat xidmətləri tərəfindən “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, ümumilikdə, 1538 material təqdim edilib. Onun da 815-i və ya 52 faizi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, yəni 7 orqanın mətbuat xidmətlərinin payına düşür. Mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçiləri və digər əməkdaşları teleradiolarda 2097 verilişin hazırlanmasında iştirak və çıxış ediblər ki, onlardan da 1196-sı və ya 57 faizi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Səhiyyə və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətlərinin payına düşür.

Qeyd olunub ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi və sürətli internetə çıxış imkanlarının yaradılması, mərkəzi icra hakimiyyəti orqanlarının internet səhifələrinin hazırlanaraq qlobal şəbəkədə yerləşdirilməsi informasiya-məlumatlandırma işini müasir dövrün tələblərinə uyğun təşkil etməyə imkan verir. Lakin mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarının monitorinqi aparılarkən aydın oldu ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Ali Məhkəmənin, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Ali Məclisin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Dövlət Miqrasiya Xidmətinin saytlarından başqa, digər 25 dövlət orqanının internet saytlarında məlumat və informasiyaların yerləşdirilməsi üçün ayrıca bölmələr yoxdur. Bu səbəbdən də həmin internet saytları mütəmadi yenilənmir və informasiya yükü artırılmır, həmin orqanların fəaliyyəti haqqında saytlarda heç bir məlumat verilmir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev “İnformasiya əldə etmək haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən ictimaiyyətə açıq olan informasiyalar və dövlət sirri hesab edilən məlumatlar haqqında bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək deyib ki, 2005-ci il mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə mərkəzi icra hakimiyyəti orqanlarında “mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi” ştatı təsis olunub, orqanların mətbuat və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərinin təşkili bu sahələr üzrə məsul əməkdaşlara həvalə edilib. Bununla yanaşı, ictimaiyyətin vaxtında və düzgün məlumatlandırılması işi də diqqətdə saxlanılıb, mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet saytları yaradılıb. Lakin muxtar respublikanın bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri informasiya siyasətini düzgün qura bilmirlər. Əksər mərkəzi icra hakimiyyəti orqanları mətbuatla işə səthi yanaşırlar. Araşdırmalar zamanı məlum olub ki, mətbuat xidmətlərində çalışan əməkdaşların böyük bir qismi qeyri­peşəkardır. Digər nöqsan isə orqanların rəhbərləri tərəfindən mətbuat xidmətlərinin fəaliyyətinin ikinci plana keçirilməsi və tələbkarlığın istənilən səviyyədə olmamasıdır.

Ali Məclis Sədrinin tapşırıqlarını çatdıran Aparat rəhbəri deyib ki, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçiləri fəaliyyətlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi ilə uzlaşdırmalıdır. Mətbuatla əlaqələr üzrə məsul şəxslər mövcud qanunvericiliyi öyrənməli və fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya test mərhələsindən sonra mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifəyə namizədlərin peşə vərdişinin yoxlanmasını (esse imtahanı) təşkil etməli, yaradıcılıq qabiliyyəti olan əməkdaşlar işə qəbul olunmalıdırlar. Hazırda fəaliyyət göstərən mətbuat xidmətlərinin əməkdaşlarının isə bir ay ərzində attestasiyası aparılmalıdır. Komissiya Ali Məclis Aparatının müvafiq şöbəsi ilə birlikdə orqanların mətbuat xidmətləri əməkdaşlarının peşə vərdişlərinin təkmilləşdirilməsi üçün mütəxəssislərin iştirakı ilə seminar və kurslar keçirməlidir.

Dövlət orqanlarının internet saytlarının texniki imkanları və informasiya yükü artırılmalı, onlarda “Mətbuat xidməti” bölməsi yaradılmalıdır. Ali Məclis Aparatının müvafiq şöbəsi orqanların mətbuat xidmətlərinin fəaliyyətlərini təhlil etməli, aylıq və rüblük arayışlar hazırlamalı, həmin orqanların aparat rəhbərləri ilə birlikdə müzakirələr təşkil etməli, nöqsanlar aradan qaldırılmalıdır. Kütləvi informasiya vasitələrinə məlumatlar təqdim edilərkən dövlət orqanlarının fəaliyyət istiqamətinə uyğun açıq informasiyaların verilməsi əsas götürülməli, Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılan və ya dövlət sirri hesab edilən informasiyaların ictimailəşdirilməsinin qarşısı alınmalıdır.

Tədbirdə işini düzgün qura bilməyən dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarına – Ali Məhkəmənin, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Təhsil nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ali Məclisin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçilərinə xəbərdarlıq edilib və 3 ay vaxt verilib. Ali Məclisin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya isə tapşırılıb ki, növbəti imtahan vaxtını gözləmədən dövlət orqanlarındakı vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə qəbulla bağlı elan versin və imtahan keçirsin.

Həmçinin vurğulanıb ki, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına nail olunmalıdır. Ali Məclis Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi və dövlət orqanlarının aparat rəhbərləri mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili üçün məsuliyyət daşıyırlar. Onlar işlərində dönüş yaratmalı, fəaliyyətlərini muxtar respublika rəhbərinin verdiyi tapşırıqların icrası istiqamətində qurmalıdırlar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az, Dövlət Gömrük Komitəsinin www.dgk.nmr.az, Dövlət Statistika Komitəsinin www.statistika.nmr.az və Dövlət Miqrasiya Xidmətinin www.miqrasiya.nakhchivan.az saytları nümunə kimi göstərilib.

Sonda tədbir iştirakçılarına mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisinin vəzifələri barədə hazırlanmış kitabça təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir