REGİONLAR


Naxçıvanda müasir infrastrukturun qurulması turizmin inkişafına şərait yaradır

Naxçıvan, 1 dekabr, AZƏRTAC

Qədim tarixi, zəngin keçmişi və təbiəti ilə seçilən Naxçıvanda bu gün gəlirli sahələrdən biri olan turizmin inkişafına xüsusi diqqət göstərilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında turizmin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən elmi konfransda çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva məlumat verib.

Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada həyata keçirdiyi uğurlu sosial-iqtisadi islahatlar artıq turizmi inkişaf edən bir sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblər səviyyəsində yaradılmış istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin dinamik inkişafına səbəb olub. Bu gün muxtar diyarda kənd və yaşıl turizmin potensialından da səmərəli istifadə edilir, dini turizmin təbliği istiqamətində mühüm işlər görülür.

Konfransda İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun, kafedranın müəllimi Ülviyyə Əliyevanın, universitetin tələbəsi Arzu Əsgərovun məruzələri dinlənilib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.