Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda musiqi mədəniyyəti yüksək səviyyədədir

Naxçıvanda musiqi mədəniyyəti yüksək səviyyədədir

Naxçıvan, 17 may, AZƏRTAC

Norveçli məşhur xor dirijoru və müəllimi Per Oddvar Hildre və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti mayın 16-17-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Nümayəndə heyəti Naxçıvan şəhərindəki təhsil və mədəniyyət müəssisələri ilə tanış olub, norveçli dirijor xor kollektivləri üçün ustad dərsi keçib.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları qonaqlardan bir neçəsi ilə həmsöhbət olub, onların təəssüratlarını öyrənib. Norveçli musiqiçi, əfsanəvi “Skruk” xorunun dirijoru Per Oddvar Hildre deyib: Bir çox illər əvvəl, 1997-ci ildə ilk dəfə ölkənizin paytaxtı Bakıda olarkən İlqar Muradov və Siyavuş Kərimi mənə Naxçıvana getməyi tövsiyə etdilər. Onlar mənə bu torpağın Azərbaycanın ən gözəl guşələrindən biri olduğunu deyərək, təmiz hava, təmiz su, ən əsası təmizürəkli insanları görmək üçün Naxçıvana səfər etməyi məsləhət bildilər. Mən belə bir imkanı yalnız bu il tapa bildim. Naxçıvana dəvət edildim və artıq burdayam.

“İlk olaraq havanın təmizliyi mənə çox xoş təsir bağışladı. Hava limanından enərkən gördüyümüz uca dağlar, yaşıllıq və təmiz şəhər mənə çox gözəl təəssürat bəxş etdi. Sonra biz konservatoriyaya getdik və burada gözəl mahnı oxuyan gəncləri görmək ürəyimcə oldu”, – deyən Per Oddvar Hildre qeyd edib ki, Azərbaycan yüksək musiqi mədəniyyətinə malikdir. Azərbaycanda tarixən dahi şairlər və musiqiçilər olub. Hər bir musiqi xadimi üçün bu mədəniyyətlə tanış olmaq böyük şərəfdir.

O vurğulayıb ki, böyük siyasətçi Heydər Əliyev Azərbaycanda mədəniyyətin inkişafına xüsusi diqqət göstərib. Dahi şəxsiyyət musiqi, teatr, rəsm və rəqs sənətinin böyük hamisi olub, özü də bu sənət növləri ilə maraqlanıb.

Oddvar Hildre deyib: Düşünürəm ki, dünyanın digər yerlərində yaşayanlar Azərbaycan mədəniyyətini öyrənməlidirlər. Bu, çox vacibdir. Naxçıvanda bizə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdaram. Burada özümü çox xoşbəxt və rahat hiss edirəm. Bir norveçli turist üçün bu, çox böyük hisslərdir.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi bildirib ki, Naxçıvanda yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait var: “Naxçıvana gəlişimizin məqsədi bu qədim diyarın gözəlliyini, onun mədəniyyətinin inkişafını, yüksəlişini yaxından görmək, gələcəkdə muxtar respublikada hər hansı bir beynəlxalq layihənin ərsəyə gəlməsini müzakirə etmək, qarşılıqlı əlaqələri inkişafına nail olmaqdır. Çünki Naxçıvan musiqi sahəsində də gözəl sənətkarlar yetişdirən bir diyardır. Bu gün bir çox naxçıvanlı sənətkar Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verir. Biz bir azərbaycanlı kimi bundan böyük qürur duyuruq”.

Siyavuş Kərimi səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında olduqlarını, bir musiqiçi kimi oradakı xor kollektivinin ifasının ona çox gözəl təsir bağışladığını bildirərək deyib ki, həqiqətən də, Naxçıvanda uşaqların musiqi təhsili olduqca ürəkaçandır. Bu mənada zəhmətkeş müəllimlər ürəkdən alqışa layiqdirlər ki, belə istedadlı uşaqları yetişdirib səhnəyə çıxarırlar.

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov isə qeyd edib ki, Naxçıvanda dünyaya göz açıb, bu torpağın havası, suyu, çörəyi ilə böyüyüb.

“Ötən ilin yaz aylarında qədim diyara ekskursiya edən zaman buranın inanılmaz dərəcədə gözəlləşdiyini, müasir şəraitə malik olduğunu gördüm. Bu il də musiqiçi həmkarlarımla birlikdə Naxçıvana gəlməyi qərara aldıq”, – deyən Nazim Kazımov qeyd edib ki, səfər zamanı Naxçıvanda musiqi mədəniyyətinin, təhsilin necə böyük sürətlə inkişaf etdiyinin şahidi olublar: “Musiqi sahəsinə dərindən bələd olan biri kimi deməliyəm ki, burada 27 musiqi məktəbinin, musiqi kollecinin və konservatoriyanın, filarmoniyaların, ansamblların fəaliyyət göstərməsi, hər il yüzlərlə tələbənin musiqi təhsilini başa vuraraq ixtisaslı kadr kimi yetişməsi böyük bir zəhmətin nəticəsidir. Bu yurdun övladı kimi bütün bu gözəlliklər məni inanılmaz dərəcədə sevindirir. İnanıram ki, gələcəkdə bu diyara tez-tez üz tutacağıq”.

“Qaya” ansamblının üzvü Rauf Babayev qeyd edib ki, Naxçıvan ona çox doğma və əzizdir. O deyib: Mənim anam burada dünyaya göz açıb, uşaqlıq çağlarım Naxçıvanda keçib. Həqiqətən də, doğru deyirlər ki, uşaqlıq illərində yaşananlar hər zaman insanın yaddaşında qalır, o illərdə olanları unutmaq olmur. Yaxşı yadımdadır, həmin illərdə nənəm bizə təndir çörəyindən pendir dürməyi düzəldər, dadlı pomidorla yeyərdik. Nənəmgil Bakıya gələn zaman mənə mütləq həmin təndir çörəklərindən, dadlı Naxçıvan pendirindən gətirərdilər, indi burada olarkən nostalji duyğuları yenidən yaşadım”.

“Ötən əsrin 70-80-ci illərində bir dəfə “Qaya” ansamblının üzvü kimi Naxçıvanda olmuşam. Sonralar mən 9 uşaqdan ibarət “Bəri bax” ansamblını yaratdım, müstəqillik illərində həmin kollektivlə dünyanın bir sıra ölkələrində konsertlər verdik”, – deyən Rauf Babayev qeyd edib ki, həmin kollektivin repertuarına görkəmli bəstəkar Məmməd Məmmədovun bəstələdiyi Naxçıvanla bağlı gözəl bir mahnı da salınıb. 2000-ci ilin əvvəllərində qədim diyara üz tutan zaman da həmin ansambl o mahnını ifa edib.

Rauf Babayev deyib: “Budəfəki gəlişimdə diqqətimi çəkən ən mühüm cəhətlərdən biri də ayrı-ayrı təşkilatlarla yanaşı, insanların da təmizliyə, səliqə-sahmana xüsusi fikir vermələri oldu. Bildiyimiz ki, yaradıcı insanlar, sənətə bağlı olanlar üçün sakit yerdə öz düşüncələri ilə baş-başa qalmaq ən gözəl duyğudur. Həzin küləyin təsiri ilə yarpaqların asta-asta əsməsi, quşların cəh-cəhi, suyun şırıltısı insana sanki vücudunu titrədən lirik bir musiqi təsiri bağışlayır. Sevinirəm ki, mən Naxçıvanda o lirikliyi, rahatlığı, ruhumun dincəldiyini hiss edə bildim”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək