REGİONLAR


Naxçıvanda orta aylıq əməkhaqqı 10 faizə yaxın artıb

Naxçıvan, 30 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 595,6 manata çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

Ölkəmizdə, o cümlədən muxtar respublikada əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Orta aylıq əməkhaqqının artımı ilə yanaşı, məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə görülən işlər də insan amilinin ön planda tutulmasını aydın şəkildə nümayiş etdirir. Muxtar respublikada bu istiqamətdə görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın mühüm rolu var.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.