Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda pandemiya ilə mübarizə sahəsində görülən işlər müzakirə olunub

Səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar təqdim edilib

Naxçıvan, 14 may, AZƏRTAC

Mayın 14-də Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbir keçirilib, bu məqsədlə alınmış yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, koronavirus pandemiyasına qarşı muxtar respublikada kompleks qabaqlayıcı tədbirlər görülüb. Ali Məclis Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb və “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib. Fərmanda verilən tapşırıqlardan irəli gələrək fond üçün xüsusi xəzinə hesabı açılıb, vəsaitlərin fonda qəbulu və cəmləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilib. Açılmış xəzinə hesabının rekvizitləri ictimaiyyətə təqdim edilib, rəsmi internet saytı fəaliyyətə başlayıb, ianə edən fiziki və hüquqi şəxslər, həmçinin vəsaitlərin ümumi həcmi barədə məlumatlar yerləşdirilib. Ötən dövrdə fonda 437 hüquqi və 569 fiziki şəxs tərəfindən ümumilikdə 5 milyon 47 min 189 manat vəsait köçürülüb. Fondun vəsaitlərindən 3 milyon 326 min 861 manatı koronavirusla mübarizə tədbirlərinə xərclənib. Ali Məclis Sədrinin Sərəncamı ilə koronavirusla mübarizə tədbirlərində iştirak edənlərə mükafat və müddətli əlavələr ödənilib. Hazırda fondda 1 milyon 720 min 328 manat vəsait mövcuddur. Bu vəsait də pandemiya ilə mübarizə tədbirlərinə xərclənəcəkdir. Muxtar respublikada vergi ödəyicisi kimi qeydiyyatda olan 323 sahibkarlıq subyektinə işçilərinin əməkhaqlarının ödənilməsi, 6 min 282 fərdi sahibkara isə birdəfəlik maliyyə yardımının göstərilməsi üçün vəsaitlərin ayrılması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva çıxış edərək deyib ki, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusun muxtar respublikada yayılmasının qarşısı alınıb. Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib. Hazırda 417 nəfər karantində saxlanılır. Virusun laborator təyini üçün muxtar respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir. Səhiyyə müəssisələrində olan süni tənəffüs aparatları və oksigen konsentratorları işlək vəziyyətə gətirilib, əlavə 11 oksigen konsentratoru alınıb. Həmçinin Yoluxucu Xəstəliklər Mərkəzində əlavə kompressor və oksigen paneli quraşdırılıb, oksigen və təzyiqlə hava verilməsinin həcmi artırılıb. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə hemodializ seansı həyata keçirmək üçün bütün hazırlıq işləri görülüb, 40 funksional çarpayı alınıb. Eyni zamanda, muxtar respublikaya 58 min 200 litr formalin alınaraq gətirilib, 10 milyon kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 1, 2 və 3 misli məbləğində mükafatlandırılıblar. Zeynəb Mustafayeva həyata keçirilən tədbirlərə görə bütün səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, yeni alınmış tibbi avadanlıqların səhiyyə müəssisələri üzrə bölgüsü barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev deyib ki, karantin dövründə muxtar respublikada yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə həftədə iki dəfə sosial könüllülərin ziyarətləri təşkil olunub, ümumilikdə 641 nəfərə sosial xidmət göstərilib. Verilən tapşırığa uyğun olaraq cari ilin mart-aprel aylarında Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan 1620 nəfərə ərzaq payları verilib. Eyni zamanda, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə ərzaq təqdim olunub. Karantin dövründə muxtar respublika üzrə 412 ailənin 1839 ailə üzvünə ünvanlı dövlət sosial yardımı verilib, 17 ailəyə ünvanlı dövlət sosial yardımının verilmə müddəti uzadılıb. 790 obyektdə monitorinq aparılıb, 383 obyektdə işçilərin öz hesabına məzuniyyətə buraxılmasının qarşısı alınıb. Həmçinin karantin dövründə Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslərə səyyar xidmətlər göstərilib, 110 sağlamlıq imkanları məhdud şəxsə 133 texniki reabilitasiya vasitələri verilib, 120 nəfərə protez-ortopedik xidməti göstərilib. Sosial qayğıya ehtiyacı olan 87 ailənin özünüməşğulluğu təmin edilib. Eyni zamanda, karantin dövründə məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi prosesi davam etdirilib, bu məqsədlə 1600 nəfərə 190 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə koronavirusla mübarizə sahəsində qabaqlayıcı tədbirlər görülmüş, martın 24-dən xüsusi karantin rejiminə keçirilmişdir. Ölkə Prezidentinin də dediyi kimi: “Bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik”.

Ali Məclisin Sədri ölkəmizdə pandemiya ilə mübarizə və əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da koronavirusla mübarizə tədbirləri ilk günlərdən diqqətdə saxlanılmış, martın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyənləşdirilmiş, virusun aşkar edilməsi ilə bağlı müasir laboratoriya qurulmuş və lazımi tibbi ehtiyatlar yaradılmışdır. Səhiyyə müəssisələrinə ümumi dəyəri 2 milyon 970 min manat olan yeni tibbi avadanlıqların, dərman və ləvazimatların alınması da bu sahədə görülən işlərin davamıdır. Muxtar respublikada koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərin sosial müdafiəsi də gücləndirilmiş, bununla bağlı müvafiq sərəncamlar imzalanmışdır.

Ali Məclisin Sədri deyib: Karantin rejiminə uyğun olaraq muxtar respublikada bütün sahələrdə zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar tətbiq edilmiş, şəhər, qəsəbə və kəndləri əhatə etməklə hər bir yaşayış məntəqəsində, eləcə də ictimai yaşayış binalarında, idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılmışdır. Təbii ki, pandemiya ilə mübarizədə səhiyyə müəssisələrinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mövcud infrastruktur, müasir tibbi avadanlıq və ləvazimatlarla təminat, ən əsası isə ixtisaslı həkim və tibb işçilərinin olması virusla mübarizədə əsas səbəbdir. Eyni zamanda, qarşıya qoyulan vəzifələrin aid qurumlar tərəfindən vaxtında yerinə yetirilməsi və sakinlərin qaydalara düzgün əməl etməsi də pandemiyanın qarşısının alınmasında mühüm rol oynamışdır.

Ali Məclisin Sədri muxtar respublikada pandemiya ilə mübarizə tədbirlərini həyata keçirənlərə - səhiyyə işçilərinə, gigiyena və epidemiologiya mərkəzlərinin kollektivlərinə, daxili işlər orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, baytarlıq təbabəti işçilərinə, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərə təşəkkürünü bildirərək deyib: Mayın 2-dən etibarən Naxçıvan Muxtar Respublikasında pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasına başlanılmış, yeni qaydalar müəyyənləşdirilmişdir. Lakin bu, arxayınlaşma üçün əsas olmamalı, aid təşkilatlar və muxtar respublika əhalisi tətbiq olunan qaydalara ciddi əməl etməlidirlər. Səhiyyə Nazirliyi bundan sonra da izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzinin, eləcə də bütün tibb müəssisələrinin fəaliyyətini nəzarətdə saxlamalı, tibbi ehtiyatlar yaradılmalı, yeni alınmış avadanlıqlardan səmərəli istifadə olunmalı, test yoxlamaları davam etdirilməlidir. Nazirlik pandemiya ilə bağlı profilaktik tədbirləri, xüsusilə də əhalinin maarifləndirilməsini diqqətdə saxlamalı, risk qrupunda olan şəxslər qorunmalı, yeni yoluxma faktı təsdiq olunduqda həmin şəxslərlə təmasda olanlar dərhal karantinə alınmalıdır.

Ali Məclisin Sədri deyib: Maliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitlərdən bundan sonra da səhiyyə müəssisələrinin sifarişi əsasında istifadəni təmin etməli, yeni tibbi avadanlıqların, dərman və digər zəruri ləvazimatların alınması diqqətdə saxlanılmalıdır. Daxili İşlər Nazirliyi yaşadığı yerdə karantində saxlanılan şəxslərə nəzarəti davam etdirməli, Fövqəladə Hallar və Səhiyyə nazirlikləri yaşayış məntəqələrində növbəti dezinfeksiya tədbirləri həyata keçirməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrin yaşayış minimumunun və məşğulluğunun təmin edilməsini diqqətdə saxlamalı, hər ay boş iş yerləri çıxarılaraq təqdim olunmalıdır.

“Pandemiya ilə mübarizə yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Əhalinin də tətbiq olunan qaydalara əməl etməsi vacib məsələdir. Ona görə də görülən bütün işlərdə sakinlər həmrəylik nümayiş etdirməli, ictimai yerlərdə və parklarda, eyni zamanda, ictimai-iaşə obyektlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmalıdır”, - deyən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb.

Sonra yeni alınmış tibbi avadanlıqlara baxış olub.

“Nəqşicahanmed” Məhdud Məsuliyyəti Cəmiyyətin direktoru Cəlal Kərimov məlumat verib ki, pandemiya ilə mübarizə məqsədilə 2 dəst Ekstrakorporal Membran Oksigenasiya cihazı, 20 stasionar süni tənəffüs aparatı, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 4 mobil rentgen cihazı, 30 infuziya pompası, 20 yataqbaşı kardiomonitor, 10 elektrosorucu, 40 funksional və pediatrik çarpayı alınıb. Yeni avadanlıqlar Yoluxucu Xəstəliklər, Diqnostika-Müalicə və Doğum mərkəzlərinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Uşaq Xəstəxanasına, Şərur, Culfa və Ordubad Rayon Mərkəzi xəstəxanalarına, eləcə də Ordubad Uşaq Xəstəxanasına verilib. Ağciyərin və ürəyin fəaliyyətinin bərpasında, tənəffüs funksiyası pisləşən hallarda ağciyərlərə oksigen verilməsində, böyrəklərin fəaliyyətinin bərpa olunmasında, maye, qan və qan əvəzedicilərin damar daxilinə yeridilməsində, tənəffüs yollarına toplanan selik və digər ifrazatların təmizlənməsində istifadə olunacaq yeni avadanlıqlar bu sahədə tətbiq olunan ən müasir texnologiyaya əsaslanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb