REGİONLAR


Naxçıvanda qanunvericiliyin tələblərini pozmuş 17 əcnəbi aşkarlanıb

Naxçıvan, 13 fevral, AZƏRTAC 

Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 17 əcnəbi aşkarlanaraq qanunvericiliyə əsasən barələrində müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Xidmət tərəfindən həyata keçirilən tədbirlər bu ilin ötən ayında da davam etdirilib.

Ötən il Dövlət Miqrasiya Xidmətinə daxil olan 546 müraciətin 95-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlıqdançıxma və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib, olduğu yer üzrə qeydiyyatla bağlı 451 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 203-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.