REGİONLAR


Naxçıvanda qanunvericiliyin tələblərini pozmuş 24 əcnəbi aşkarlanıb

Naxçıvan, 10 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyul ayında muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən yaşayan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb. Onlardan 16-sı barəsində cərimə inzibati tənbeh növü, biri barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, yeddisi barəsində isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Muxtar respublika Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumilikdə, ay ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1633 müraciət daxil olub. Bu müraciətlərdən 108-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı 1525 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 517-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.