Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası diqqət mərkəzində saxlanılır

Naxçıvan, 20 avqust, AZƏRTAC

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın muxtar respublikada uğurlu icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlb edilməsinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və distant təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına da əlverişli şərait yaradıb.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barəsində yaradılmış məlumat bazası daim yenilənir. Hazırda bu yaş kateqoriyasına aid olan sağlamlıq imkanları məhdud uşaqlar 371 nəfərdir. 2017-2018-ci tədris ilində onlardan 43-ü məktəbəqədər təhsil müəssisələrinə, 12-si Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 7-si ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarına, nitq qüsuru olan 120 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölmələrində tədrisə cəlb edilib. Bununla yanaşı, mərkəzin Defektoloji bölməsinin və psixoloji dəstək xidmətinin mütəxəssisləri uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər aparıb, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssisləri üçün maarifləndirici təlimlər keçirilib.

Sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil müəssisələrinə cəlbi də diqqətdə saxlanılıb. Belə ki, 2017-2018-ci tədris ilinin əvvəlində 88 uşaq ümumtəhsil məktəblərinin birinci siniflərinə cəlb olunub. Bununla ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı, ümumilikdə, 932 nəfər, görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbdə isə onların sayı 7 nəfərə çatıb. Muxtar respublikanın ümumtəhsil müəssisələrində fiziki imkanları məhdud uşaqların inklüziv tədrisə cəlb olunması, məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılıb. Belə uşaqlardan 74-ü əlaçı kimi qeydiyyata alınıb.

Ötən tədris ili ərzində müvafiq kateqoriyalı 282 uşaq məktəbli və qış geyimləri, məktəb ləvazimatları ilə təmin olunublar.

2017-2018-ci tədris ilinin əvvəlində əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən, lakin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən sağlamlıq imkanları məhdud 2 uşaq distant tədrisin 1-ci sinfinə qəbul edilib. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud 7 nəfərin tədrisi davam etdirilib. Qeyd olunan dövr ərzində adıçəkilən mərkəzdə psixoloji dəstək xidmətinin fəaliyyəti davam etdirilib, müraciət edən hər bir uşaqla bağlı konsultasiya işi aparılıb, onlar üçün fərdi proqram hazırlanıb, müvafiq reabilitasiya xidmətlərinə cəlb olunub. İlk yarım il ərzində psixoloji dəstək xidmətindən 37 uşaq yararlanıb. Mərkəzin təlim-bərpa otağında diqqət zəifliyi və hiperaktivliyi olan uşaqlar üçün keçirilən məşğələlərə 9 uşaq cəlb edilib.

Burada 10 uşağın təhsil aldığı art terapiya kursları da təşkil olunub. Altı ay ərzində defektoloji xidmətin Şərur və Ordubad şəhərlərindəki bölmələrində məşğələlərə 58 uşaq cəlb edilib. Mərkəzin Defektoloji bölməsinin və psixoloji dəstək xidmətinin mütəxəssisləri iş təcrübəsini artırmaq məqsədilə Bakı şəhərinə ixtisasartırma kurslarına göndəriliblər.

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlb edilməsi də diqqətdə saxlanılıb. Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 1159 şagirdə peşəyönümü məşğələlər keçirilib, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. 2017-2018-ci tədris ilinin əvvəlində muxtar respublikada fəaliyyət göstərən kolleclərə, ümumilikdə, 11 sağlamlıq imkanı məhdud uşaq qəbul olunub.

2018-ci ilin birinci yarısında Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 150 uşağın müalicəsi təşkil edilib, 40 uşağa protez-ortopedik xidmət göstərilib, 14 uşaq texniki reabilitasiya vasitələri ilə təmin olunub, 12 uşağın isə ölkə daxilində müalicəsinə kömək göstərilib.

Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş qrafikə uyğun olaraq tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bir sıra tədbirlərin, o cümlədən tarixi abidələrə və muzeylərə ekskursiyaların təşkili, yarış və müsabiqələrin keçirilməsi, film və tamaşaların nümayişi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, “Yay məktəbi” çərçivəsində sağlamlıq imkanları məhdud 39 uşağın iyulun 3-dən 6-dək Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib, burada müxtəlif məzmunlu müsabiqələr və idman yarışları keçirilib.

Bütün bu görülən tədbirlərə paralel olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin tibbi reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı da ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilib.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxanaların zənginləşdirilməsi istiqamətində də işlər davam etdirilib. İlin birinci yarısında audiokitabxana fonduna 54 yeni audioəsər əlavə olunub. Hazırda audiokitabxana fondunda 1365, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 978 kitab mövcuddur. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı” adlı aylıq brayl jurnalının, habelə uşaqlar üçün “Şəfəq” adlı xüsusi nəşrlərin nömrələri audiokitabxananın kataloquna daxil edilib.

Dövlət proqramının icrasına uyğun olaraq Ordubad şəhər 3 nömrəli, Culfa şəhər 3 nömrəli və Kəngərli rayonun Xok kənd tam orta məktəblərində maarifləndirici görüşlər keçirilib. Bu tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqların valideynləri, həmin kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak ediblər. Həmçinin 2 aprel – Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü münasibətilə autizm sindromlu uşaqların valideynləri ilə də maarifləndirici görüş keçirilib.

Məhdud fiziki imkanlı uşaqların idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə cari ildə muxtar respublikanın rayonlarında boccia bölmələri yaradılıb, məşqçi-müəllimlər müəyyənləşdirilib. Muxtar respublikada boccia üzrə məşqçilərin bacarıqlarını daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi və məşqçilər heyəti muxtar respublikaya dəvət olunublar. Altı gün ərzində təlim-məşqlər keçirilib, yarışların təşkili, idmançıların hazırlanması üçün məşqçilərə təlimatlar verilib. Qeyd olunanlarla yanaşı, ilin ilk altı ayı ərzində müvafiq kateqoriyadan olan uşaqlar arasında boccia və əyləncəli idman oyunları üzrə yarışlar keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur