REGİONLAR


Naxçıvanda sahibkarlar hərbi hissəyə 3 tondan artıq sarımsaq təqdim ediblər

Naxçıvan, 30 dekabr, AZƏRTAC

Muxtar respublikada xalq-ordu birliyinin ifadəsi olan tədbirlərin davamı kimi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar hərbi hissəyə, ümumilikdə, 3 tondan artıq sarımsaq təqdim ediblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Şərur rayonunun Mahmudkənd kənd sakini Ənvər Hüseynov 700 kiloqram, Şərur rayonunun Məmmədsabir kənd sakini Əli Rüstəmov isə 2500 kiloqram sarımsağı hərbi hissəyə təhvil veriblər.

Tədbirdə dövlət qayğısından danışan hərbi hissənin zabiti Ramiz Cəbiyev və əsgər Əli Babayev xalq-ordu birliyindən ruhlanaraq yüksək vətənpərvərlik hissi ilə xidmət etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayram münasibətilə muxtar respublika sakinləri, müxtəlif dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin nümayəndələri hərbi hissələrə baş çəkir, əsgərlərə sovqat aparırlar. Sahibkarların müxtəlif ərzaq məhsullarını hərbi hissələrə təhvil verməsi də muxtar respublikada xalq-ordu birliyinin növbəti nümunəsi kimi, artıq ənənə halını alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.