REGİONLAR


Naxçıvanda sənaye məhsulunda özəl bölmənin payı 94,2 faiz təşkil edib

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Bu yanvar-sentyabr aylarında muxtar respublikada 836 milyon 951 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sənaye məhsulu istehsalının 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 100 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 59 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2020-ci ilin yanvar-sentyabr aylarında 17 milyon 960 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,5 dəfə çoxdur.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ilin yanvar-sentyabr aylarında 222 milyon 992 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.