REGİONLAR
Naxçıvanda son 10 ildə 7 milyard 840 milyon manatdan çox tikinti-quraşdırma işləri görülüb
Naxçıvan, 12 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında infrastruktur quruculuğu, yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində 2019-cu ilin ilk iki ayında əsas kapitala vəsait qoyuluşu 2009-cu ilin bəhs edilən dövründəki göstəricini 2,6 dəfə üstələyərək 73 milyon 180 min manat olub.
Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2009-cu ildən 2019-cu il martın 1-dək muxtar respublikada bütün sahələrin inkişafına 8 milyard 717 milyon 667 manat vəsait yönəldilib. Bunun da 7 milyard 841 milyon 919 min manatı tikinti-quraşdırma işlərinin payına düşüb.
Naxçıvanın iqtisadi potensialının durmadan artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illərdə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifah halı və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək bal toplayaraq iki dəfə lider olub.