REGİONLAR


Naxçıvanda son 6 ayda sənaye məhsulu istehsalının həcmi daha da artıb

Naxçıvan, 19 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 550 milyon 110 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,3 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ilin yanvar-iyun aylarında 4 milyon 312 min manat kredit verilib.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ilin ilk yarım ilində 151 milyon 253 min 500 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.