REGİONLAR


Naxçıvanda tələbələr kütləvi profilaktik tibbi müayinələrdən keçiblər

Naxçıvan, 28 noyabr, AZƏRTAC

Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim briqadası muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin tələbə və müəllimlərinin kütləvi profilaktik müayinələrini aparıblar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, poliklinikanın cərrah, dermatoloq, LOR, nevroloq, oftalmoloq, stomatoloq, terapevt və tibb bacısından ibarət həkim briqadasının Naxçıvan Dövlət Universitetində apardığı müayinələrə 3 min 359 nəfər cəlb olunub. “Naxçıvan” Universitetində 1497, Naxçıvan Tibb Kollecində 518, Müəllimlər İnstitutunda 703, Texniki Kollecdə 516, Musiqi Kollecində 721 nəfər müayinələrdən keçib. Ciddi xəstəliklər aşkar edilməyib. Xəstəliyə meyilli tələbələrin müalicəsi üçün tibbi göstəriş verilib.

Profilaktik müayinələr zamanı ehtiyac duyulan hallarda yüksəkixtisaslı həkimlərin konsultasiyası və laborator-diaqnostik müayinələri həyata keçirilib. Tələbələr arasında ürək-damar, yoluxucu, dəri-zöhrəvi, şəkərli diabet, onkoloji, ginekoloji xəstəliklər barədə səhiyyə maarifi işləri təşkil olunub.

Qeyd edək ki, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkimləri hər il payız mövsümündə ali və orta ixtisas təhsil müəssisələrində olur, tələbə kollektivini və müəllim heyətini kütləvi profilaktik müayinədən keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.