REGİONLAR


Naxçıvanda tibbi xidmətin əhatə dairəsi genişləndirilir

Naxçıvan, 21 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.

Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay muxtar respublikanın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqətdə saxlanılıb, həkim, rezident və orta tibb işçiləri Türkiyə Respublikasında və Bakı şəhərində kurslara göndərilib. Həmçinin Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 27, Naxçıvan Tibb Kollecinin isə 140 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib. 81 həkim sertifikasiya imtahanında iştirak edib, 75-i uğurlu nəticə qazanıb.

Ötən ay Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Kəngərli və Sədərək rayonlarında yaşayan I qrup yataq xəstələrini evlərdə tibbi müayinədən keçirib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 71 müayinə, 22 cərrahiyyə əməliyyatı aparılıb. Həmçinin I-VI sinif şagirdləri arasında ilkin vərəmi aşkarlamaq məqsədilə 1210 uşaqda tuberkulin sınaqları aparılıb, şagirdlərə şəxsi gigiyena qaydalarının öyrədilməsi üçün məşğələ və maarifləndirici tədbirlər keçirilib. Təhsil müəssisələrində 26 min 493 şagird kütləvi müayinələrə cəlb edilib, 3 min 470 şagird dispanser qeydiyyatına alınıb.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən 67 qadında süd vəzinin profilaktik müayinəsi aparılıb, patologiya aşkar edilən qadınlar Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunublar.

Oktyabr ayında Bakı şəhərindən 120 sağlamlıq imkanı məhdud şəxs Darıdağ Arsenli Su Müalicəxanasına, Duzdağ Fizioterapiya Mərkəzinə və Diaqnostika Müalicə Mərkəzinə sanator-kurort müalicəsi üçün qəbul edilib, muxtar respublika üzrə 53 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 21 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.