REGİONLAR


Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan, 8 noyabr, AZƏRTAC

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Bayrağımız qürurumuzdur” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova müsabiqənin əhəmiyyətindən danışıb.

Rəsm müsabiqəsində muxtar respublikanın ümumtəhsil məktəblərinin 12-17 yaş qruplarından olan şagirdləri iştirak ediblər. Mövzu üzrə rəsmlər 2 saat müddətinə kağız, karton, kətan üzərində müxtəlif üsullarla çəkilib.

Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun rəyə əsasən bir I yer, iki II yer, üç III yer və 3 həvəsləndirici yer olmaqla, 9 qalib müəyyən edilib. Rəsm müsabiqəsinin qalibləri, eyni zamanda, 17 oktyabr tarixdə müstəqilliyimizin 28-ci ilinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.