REGİONLAR


Naxçıvanda uşaqların kütləvi profilaktik müayinələrinə başlanılıb

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Naxçıvanda hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən məktəblilərin tibbi müayinəsinə bu il ilk olaraq Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdən başlanılıb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, kardioloq, cərrah-ortoped, LOR, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqadası müayinələrdə iştirak edib. Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub. Ətraflı müayinəyə ehtiyacı olan məktəblilər dispanser qeydiyyatına alınıb və Mərkəzi Uşaq Xəstəxanasına dəvət ediliblər.

Mərkəzi Uşaq Xəstəxanası tərəfindən məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinə getməyən uşaqlar da qeydiyyata alınıb. Mütəmadi olaraq Naxçıvan şəhər, eləcə də muxtar respublikanın rayonlarında yaşayan həmin uşaqların valideynləri ilə əlaqə saxlanılır və xəstəxanaya dəvət edilərək müayinələrə cəlb olunurlar.

Naxçıvan şəhər, eləcə də muxtar respublikanın rayonlarında uşaqların dərin tibbi müayinələri dekabrın əvvəlinədək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.