Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib

Naxçıvan, 14 iyul, AZƏRTAC

1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizin gələcək müstəqilliyinin, davamlı inkişaf və tərəqqi yolunun əsası qoyulub. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında, eləcə də muxtar respublikada kompleks islahatlar həyata keçirilib, geniş quruculuq işləri aparılıb. Bu tədbirlərin tərkib hissəsi kimi muxtar respublikaya təbii qazın verilməsinə də başlanılıb. Bu gün dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsinin nəticəsi olaraq muxtar respublikada enerji təhlükəsizliyinə nail olunub, bütün yaşayış məntəqələri təbii qazla fasiləsiz təmin edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 14-də - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümündə Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov çıxış edərək bildirib ki, muxtar respublikanın yaşayış məntəqələri və istehsalat sahələri fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunub. Bu gün sənaye obyektlərinə və əhaliyə verilən təbii qazın fasiləsiz çatdırılması üçün infrastruktur daim təkmilləşdirilir, mövcud imkanlardan səmərəli istifadə olunur. Naxçıvan şəhərində yeni Qaz Kompressor Stansiyasının qurulması da bu tədbirlərin davamıdır. Ramin İsmayılov göstərilən qayğıya görə qaz təsərrüfatı işçiləri adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümü və Qaz Kompressor Stansiyasının istifadəyə verilməsi münasibətilə qaz təsərrüfatı işçilərini təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib: Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində həyata keçirilmişdir. 1978-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılmış, 1980-ci ildə layihə uğurla başa çatdırılmış, həmin il Naxçıvan şəhərinə ilk dəfə təbii qaz verilmişdir. 1980-1990-cı illərdə muxtar respublika üzrə 4 şəhər, 2 qəsəbə və 91 kənd olmaqla, 30 minə yaxın abonentin təbii qazla təminatı həyata keçirilmiş və muxtar respublikanın 50 faizə yaxını qazlaşdırılmışdır. Lakin 1990-cı illərin məlum hadisələri, Ermənistanın işğalçılıq siyasəti Naxçıvana gələn bütün kommunikasiya xətlərinin kəsilməsinə səbəb olmuş, bununla da təbii qaz verilişi dayandırılmış, muxtar respublika çox çətin və ağır vəziyyətə düşmüşdü.

Ali Məclisin Sədri demişdir: İkinci dəfə muxtar respublikaya təbii qazın verilməsi 2004-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə İran Milli Qaz İxracat Şirkəti arasında bağlanmış təbii qaz mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilmiş və 2005-ci il dekabrın 20-də Azərbaycan Respublikasının və İran İslam Respublikasının prezidentlərinin iştirakı ilə istifadəyə verilmişdir. Qısa müddətdə - 3 il ərzində Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri tamamilə təbii qazla təmin olunmuşdur. Bu gün muxtar respublikada 91 minə yaxın abonent təbii qazdan istifadə edir ki, bunun da 50 faizi əhali abonentidir.

“Muxtar respublikanın təbii qazla təminatı, eyni zamanda onun təbiətinin qorunmasına da imkan verdi”,- deyən Ali Məclisin Sədri bildirib ki, sonrakı mərhələdə muxtar respublikanın qaz təsərrüfatında təkmilləşdirmə və yenidənqurma işlərinə başlandı. Qarşıda duran əsas vəzifə Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin çəkilməsi və hər hansı qəza zamanı boruda yaradılmış ehtiyatlardan istifadə etmək idi. Bir neçə il bundan əvvəl qaz kəmərinin tikintisi başa çatdırılmışdır. Nəzərdə tutulub ki, bu xətt gələcəkdə İğdır-Naxçıvan qaz kəmərinə birləşdirilsin və axın Naxçıvan şəhəri istiqamətində olmaqla istismar edilsin. 80 kilometrə yaxın uzunluğu olan qaz kəmərinin boru xəttinin atmosfer təzyiqi 70 bara yaxındır. Bu da xətdən anbar kimi istifadə etməyə imkan verir. Bunun üçünsə, Qaz Kompressor Stansiyasının qurulmasına ehtiyac var idi. Stansiyanın qurulmasında məqsəd Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərində təzyiqin artırılmasıdır. Bu da boruda 1 milyon 500 min kubmetrə yaxın qaz yığılmasına və qəza zamanı muxtar respublikada əhali abonentinin 8-10 gün qazla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildikdən sonra Naxçıvan-Şahbuz və Naxçıvan-Culfa istiqamətlərində boru xətlərinin təbii qazla doldurulması təmin ediləcəkdir. Stansiyanın istifadəyə verilməsi muxtar respublikada qaz təsərrüfatının idarə olunmasını da yaxşılaşdıracaq, təzyiq boru xəttində yaranacaq ehtiyat hesabına nizamlanacaqdır.

Ali Məclisin Sədri deyib: Müstəqil Azərbaycanda əsası 1969-cu ilin 14 iyulunda qoyulan Heydər Əliyev siyasi xətti və yolu uğurla davam etdirilir. Bu yol Azərbaycanı Sovet hakimiyyəti illərində güclü dövlətə çevirdi. Eyni zamanda, 1993-cü ildən bu siyasətin davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən güclənir, inkişaf edir, dünya dövlətləri sırasında öz layiqli yerini tutur. Yeni Qaz Kompressor Stansiyasının istifadəyə verilməsi də Ümummilli Liderimizin Azərbaycana hər iki rəhbərliyi dövründə Naxçıvanın təbii qazla təminatı sahəsində olan arzularının reallaşmasıdır. Həyata keçirilən tədbirlər Heydər Əliyev siyasətinin ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsidir.

Sonra stansiyaya baxış olub.

Məlumat verilib ki, kənd təsərrüfatı üçün yararlı olmayan 4500 kvadratmetr ərazidə yerləşən stansiyanın tikinti işlərinə 2020-ci ildə başlanılıb. 25 min kubmetr/saat gücə malik yeni stansiya hesabına muxtar respublikanın qaz təsərrüfatı sisteminə gün ərzində əlavə olaraq 600 min kubmetr təbii qazın verilməsi mümkün olacaqdır. Stansiya soyutma sistemi, mühərrik hissəsi və silindrli kompressor olmaqla 3 hissədən ibarətdir. Stansiyada köməkçi tikililərlə yanaşı, operator otağı, yanğından mühafizə sistemi, 400 kilovat gücündə transformator, 75 kubmetr həcmində su hovuzu, nasos, yağ və hava kompressor qurğusu, 4 ildırımötürücü qurğu quraşdırılmış, elektrik və su xətləri çəkilib, 10 yeni iş yeri açılıb.

Ali Məclisin Sədri Qaz Kompressoru Stansiyasında texniki istismar qaydalarına əməl olunması, kadr hazırlığına diqqət yetirilməsi və ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar verib.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib