Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda yüksək bal toplamış məzunlarla görüş olub

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirərək deyib: Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini önə çəkərək deyirdi ki, “İndi dünya intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə nail olmalıyıq”.

Təhsili gələcəyin, inkişafın yolu kimi müəyyənləşdirən ölkə Prezidenti deyib: “Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət, qayğı göstərilir. Çünki bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir”. Naxçıvan Muxtar Respublikasında da bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılmış, yeni texnologiyaların tədrisdə tətbiqinə başlanmışdır. Son 20 ildə muxtar respublikada 45 min şagird yerlik 148 yeni məktəb binası, həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün yeni binalar istifadəyə verilmiş, 2 universitet şəhərciyi salınmışdır. Muxtar respublikanın təhsil müəssisələrində yeni texnologiyaların tətbiqinə başlanmış, internetə çıxışı olan 800-dən artıq elektron lövhə, 7200-ə yaxın kompüter quraşdırılmış, distant təhsil tətbiq olunmuş, zəngin fonda malik kitabxanalar, fənn kabinələri və laboratoriyalar istifadəyə verilmişdir. Eyni zamanda, təhsil müəssisələrinin bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunması, məktəb-muzey əlaqələrinin gücləndirilməsi, nümunəvi dərslərin tədrisi gənclərin biliklərə hərtərəfli yiyələnməsinə geniş imkanlar açmışdır.

Ali Məclisin Sədri deyib: Gənclərin təhsili ilə yanaşı, sosial müdafiəsi və məşğulluqlarının təmin olunması da diqqət mərkəzindədir. Ali və orta ixtisas məktəblərində müvafiq ixtisasların aid təşkilatlara hamiliyə verilməsi, tədrisin təcrübə sahələrinə yaxınlaşdırılması kadr hazırlığında ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə müşahidə olunur. Sevindirici haldır ki, təhsilə göstərilən qayğı, yaradılan şərait öz bəhrəsini verir. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanılır. 2019-2020-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 275-i imtahanlarda 500-700 arası bal toplamışdır.

Ali Məclisin Sədri deyib: Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada hərtərəfli təhsil alan gənclər ölkəmizin gələcək təminatçılarıdır. Tələbəlik illəri insan həyatının ən məsuliyyətli dövrüdür. Ona görə də təhsilinizi uğurla başa vurmaq, seçdiyiniz ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək sizlərin qarşısında duran əsas vəzifələrdir. Biliklərə əsaslanan iqtisadiyyat, innovasiya yönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Buna gedən yol isə əldə olunan biliklərin istehsalatda tətbiqindən keçir. Çalışıb nəzəri biliklərinizi təcrübədə doğrultmalısınız.

“Təhsilin məqsədi həm də yüksək mənəviyyatlı və vətənpərvər gənclər yetişdirməkdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, o gənc əsl vətənpərvərdir ki, özünü dövləti və xalqı üçün layiqli vətəndaş kimi hazırlaya bilir. Ona görə də milli dəyərlərimizi, tariximizi dərindən öyrənməli, dövlət müstəqilliyimizin qədrini bilməli, ölkəmiz və xalqımız üçün çalışmalısınız.

Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulayıb, çıxışını ümummilli lider Heydər Əliyevin “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə gəncliyə verdiyi tövsiyələrlə tamamlayıb: “Gərək gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin… Bunun üçün isə o, ilk növbədə, yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Çünki Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsidir ki, 2019-2020-ci tədris ilində 10 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə 30 innovativ dərnək yaradılıb. Hazırda 6 məktəb binasının, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması muxtar respublikada şagirdlərin daha bilikli formalaşmasına böyük töhfə verəcəkdir.

Qeyd olunub ki, məktəblərdə tədrisin müasirləşdirilməsi, innovativ tədris metodlarının tətbiqi diqqətdə saxlanılır. Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticələr qazanan gənc kadrlardan 165-i müəllim, 101-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunub, 1500-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb edilib, 84 müəllim diaqnostik qiymətləndirmədən keçib. Ötən tədris ilindən ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ hesabına “Naxçıvan tarixi”nin tədrisinə başlanılıb. Bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və idman sahəsində fərqlənən şagirdlərin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunub.

Rəhman Məmmədov deyib ki, 2019-2020-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2911 məzun bitirib, onlardan 2503-ü, yaxud 86 faizi ali məktəblərə, 260-ı, yaxud 9 faizi orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Naxçıvan Qızlar Liseyinə qəbul üçün 230, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə 352 şagird sənəd verib, imtahanın nəticələrinə əsasən liseylərin hər birinə 60 şagird qəbul olub. Bununla yanaşı, məzunlardan 61-i xüsusi təyinatlı ali məktəblərə, 98-i isə Naxçıvan Tibb Kollecinin “Hərbi feldşer” ixtisasına sənəd verib. Məzunların buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artıb. Muxtar respublika üzrə 275 abituriyent 500-dən yuxarı bal toplayıb ki, onların da 165-i, yaxud 60 faizi qızlar, 110-u, yaxud 40 faizi isə oğlanlardır. Yüksək bal toplayan abituriyentlərin 68-i Naxçıvan şəhər, 45-i Şərur, 40-ı Babək, 28-i Ordubad, 22-si Culfa, 5-i Kəngərli, 25-i Şahbuz, 2-si Sədərək rayonunun, 40-ı isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır. Ali məktəblərə qəbulda muxtar respublikanın 110 məktəbinin məzunları 500-700 arası nəticə göstərib. Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2019-2020-ci tədris ilində məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 34-ü fərqlənmə attestatına layiq görülüb.

Valideyn Aynur Əliyeva çıxış edərək deyib: “Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızın bütün şəhər, qəsəbə və kəndlərində kompleks quruculuq işləri aparılır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Həyata keçirilən bu tədbirlər içərisində təhsil sahəsi xüsusi diqqət və qayğı əhatəsindədir. Aparılan təhsil quruculuğu sayəsində məktəblərin infrastrukturu yenilənib, tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılıb. Yaradılan şərait övladlarımızın daha yaxşı təhsil almasını, milli dəyərlərə hörmətlə yanaşan, vətənpərvər və sağlam gənclər kimi formalaşmasını təmin edir. Müəllimi olduğum Naxçıvan şəhər 7 nömrəli tam orta məktəb 2006-cı ildə yenidən qurulub, kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təchiz olunub, şagirdlərin dəqiq elmlərə dərindən yiyələnməsi üçün laboratoriya və fənn kabinələri yaradılıb, müasir tədrisin tələblərinə uyğun infrastruktur qurulub. Bütün bunlar məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə geniş imkanlar yaradıb. 2019-2020-ci tədris ilində məktəbi bitirən şagirdlərdən 1-i “Qızıl”, 1-i “Gümüş” nişana layiq görülüb, 1-i fərqlənmə attestatı alıb. Məzunlardan 26-sı ali təhsil müəssisələrinə qəbul olub. Onlardan da 4-ü 600-dən yuxarı olmaqla, ümumilikdə 9-u 500-700 arasında bal toplayıb, 2 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Bu gün mən ikiqat sevinc hissi keçirirəm. Çünki iki övladım muxtar respublikada yaradılan müasir təhsil şəraitindən səmərəli istifadə edərək imtahanlarda 600-dən yuxarı nəticə göstərib. Qızım Laləzər Əliyeva məktəbi “Gümüş” nişanla bitirərək qəbul imtahanlarında 632, oğlum Ruslan Əliyev isə 618 bal toplayıb. Valideyn üçün bundan böyük xoşbəxtlik, bundan böyük sevinc ola bilməz”. Aynur Əliyeva yaradılan təhsil şəraitinə görə müəllim və valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Qəbul imtahanlarında 692 bal toplayan İlham Hüseynquliyev muxtar respublikada təhsilə göstərilən qayğıya görə yüksək nəticə göstərən məzunlar adından minnətdarlıq edərək deyib: “Vətəninin, xalqının tərəqqisi üçün əzmkarlıqla fəaliyyət göstərən rəhbərlə görüş hər bir gəncin arzusudur. Bu gün biz gənclər sevinirik ki, ən böyük arzumuza çatmışıq və Ali Məclisin Sədri ilə görüşürük. Təhsilimi başa vurduğum Heydər Əliyev adına tam orta məktəb də qayğı ilə əhatə olunub, bütün zəruri tədris avadanlıqları, zəngin kitabxana fondu və müasir informasiya texnologiyaları ilə təchiz edilib. Göstərilən qayğının nəticəsidir ki, hər il məktəbimizin məzunları qəbul imtahanlarında uğurlu nəticələr əldə edir. Bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun “Qızıl” və “Gümüş” nişanlara layiq görülüb. Mən də “Qızıl” nişan alanlar sırasındayam. Digər yoldaşlarım kimi məsuliyyətimi başa düşüb, buraxılış və qəbul imtahanında, ümumilikdə, 692 bal toplayaraq ali təhsil müəssisəsinə qəbul olmaq hüququ qazanmışam. Bu gün muxtar respublikada təhsil alan hər bir şagird bilikli olmaqla yanaşı, Vətənini sevən, milli dəyərlərə sadiq Azərbaycan vətəndaşı kimi formalaşır. Elə buna görə də harada oxumağımızdan, harada yaşamağımızdan asılı olmayaraq Ümummilli Liderimizin irsinin və əməllərinin davamçıları olacağıq”.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Qəbul imtahanlarında 603 bal toplayan Asiman Musayeva minnətdarlıq edərək deyib: “Hər il yüksək bal toplayan tələbələrlə Ali Məclis Sədrinin görüşü məni daha da ruhlandırırdı. Qarşıma məqsəd qoymuşdum ki, yüksək bal toplayıb belə görüşdə iştirak edim. Çox xoşbəxtəm ki, buna müvəffəq ola bildim. Çalışacağam ki, ali təhsilimi də uğurla başa vurub muxtar respublikamızın inkişafına öz töhfəmi verim”.

Ali Məclisin Sədri bir daha məzunlara uğurlar arzulayıb, xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək