Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Naxçıvan, 19 avqust, AZƏRTAC

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edərək deyib: Hər bir xalqın inkişaf göstəricisi və dünya birliyində tutduğu mövqe onun təmsil etdiyi ölkənin təhsil səviyyəsi ilə ölçülür. Təhsili millətin gələcəyi sayan Azərbaycan təhsil siyasətinin banisi, ümummilli lider Heydər Əliyev bu sahəni ölkənin inkişafının prioritet sahəsi sayaraq deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanlar yaradılmalıdır”. Dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqları Azərbaycanın strateji inkişafına xidmət edən, bütün dövrlər üçün aktual, yüksək dəyərli fəaliyyət proqramıdır.

Ali Məclisin Sədri deyib: Təhsil hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyini formalaşdırmasında, cəmiyyətin inkişafı və dövlət quruculuğunda yaxından iştirakında mühüm rol oynayan prosesdir. Bu prosesin fəal üzvü olmaq və uğurlu nəticə əldə etmək üçün hər bir gənc geniş dünyagörüşünə və müasir tələblərə uyğun təhsilə malik olmalıdır. Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Naxçıvan Muxtar Respublikasında da təhsil davamlı inkişaf dövrünü yaşamaqdadır. Naxçıvanda elm və təhsil quruculuğu müasir dövrün çağırışlarına və iqtisadi potensialın insan kapitalına çevrilməsinə əsaslanır. Yeni tikilən, yenidən qurulan məktəb binaları, yaradılan maddi-texniki baza, kadr hazırlığının müasir vəziyyəti və əldə olunan nailiyyətlər muxtar respublikada müasir təhsil mühitinin bugünkü inkişaf səviyyəsindən xəbər verir. Gənclərimiz yeni istifadəyə verilən məktəb binalarında qurulan qabaqcıl texnologiyalardan – sürətli internetə çıxışı olan kompüter, elektron lövhə, elektron kitabxana və distant təhsil imkanlarından yararlanmaqla ən müasir şəraitdə təhsil alırlar. İnnovativ inkişafa xidmət edən startap layihələrinin dəstəklənməsi və həyata keçirilməsi gənclərin innovasiya mühitinə inteqrasiyasını təmin edir. Bu səbəbdən, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, gənclərimiz beynəlxalq layihələrdə uğurla təmsil olunurlar. Naxçıvan Muxtar Respublikasında gənclərin işlə təminatı diqqətdə saxlanılır, onlar ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. İstedadlı gənclərə dövlət idarəçiliyi, ictimai-siyasi və iqtisadi sahələrdə böyük etimad göstərilir, müstəqil dövlətimizin inkişafı, möhkəmlənməsi və müdafiəsində onların potensialından geniş istifadə olunur.

Ali Məclisin Sədri deyib: Bu gün qarşımızda mühüm vəzifələr durur. Muxtar respublikamızda gənclər siyasətinin əsasını gələcəyin qurucuları olan yeni düşüncəli nəslin formalaşdırılması, milli ruhlu, vətənpərvər gənclərin hazırlanması təşkil etməlidir. Aparılan siyasət gənclərimizə öz tarixi keçmişini aşılamalı, mənəvi kamilliyə və əqidə saflığına xidmət etməlidir. Təhsil siyasətinin mühüm prinsipləri gənclərin milli dəyərlər əsasında tərbiyələndirilməsi, mənəvi cəhətdən sağlam və iradəli gəncliyin yetişdirilməsi olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev dövlət gənclər siyasətinin əsas məqsədini dövlətə və xalqa layiqli vətəndaş olmaqda görür və gənclərə müraciətində deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır!”. Bütün bu qeyd olunanları nəzərə alaraq, siz, vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız.

Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbindən öyrənməyi, azərbaycançılıq ideologiyasına, milli dəyərlərimizə bağlı, yeni fikirli, müasir gənclər kimi müstəqil Azərbaycan naminə fəaliyyət göstərməyi arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsidir ki, 2019-cu ilin birinci yarım ilində Şərur rayon Kərimbəyli və Ordubad rayon Dəstə kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda isə Naxçıvan şəhər 5 və 12 nömrəli, Şərur rayon Yeni Havuş, Muğanlı, Muğancıq Mehrab, Xələc, Babək rayon Kültəpə, Gülşənabad, Ordubad rayon Vənənd, Kəngərli rayon Böyükdüz, Şahbuz rayon Türkeş kənd məktəbləri üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Muxtar respublikanın ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılıb, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilib.

Qeyd olunub ki, məktəblərdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanıb, innovativ tədris metodlarının tətbiqinə başlanılıb. Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Bununla yanaşı, müəllimlərin işə qəbulu şəffaflıq və obyektivlik baxımından təkmilləşdirilib, muxtar respublikada 2018-ci ildən etibarən müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilib, bunun da nəticəsində ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşdırılıb. 2018-2019-cu tədris ili üzrə ümumtəhsil məktəblərini 2734 məzun bitirib, onlardan 2301-i, yaxud 84 faizi ali məktəblərə sənəd verib. Qəbul üçün sənəd verən məzunların 1180-i və ya 51 faizini qızlar, 1121 və ya 49 faizini isə oğlanlar təşkil edib. Bu il orta ixtisas məktəblərinə qəbul üçün ümumi orta təhsil bazasından 1021, tam orta təhsil bazasından isə 268 olmaqla, ümumilikdə, 1289 məzun sənəd verib. 2019-cu ildə muxtar respublikanın 160 ümumtəhsil məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 449 şagird sənəd verib, onlardan 142-si kursant adını qazanıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 362, Qızlar Liseyinə isə 207 şagird sənəd verib. İmtahanın nəticələrinə əsasən 60 şagird Naxçıvan Qızlar Liseyinə, 60 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olub.

Ötən tədris ilində ümumi təhsildə 11 il bundan əvvəl başlanmış məzmun islahatları başa çatıb, buraxılış imtahanları 2 mərhələdə təşkil edilib, ilk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılıb. 2019-cu ilin məzunlarından 1515-i ali təhsil müəssisələrinə qəbul olub. Eyni zamanda, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 179-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Ümumilikdə, ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1694 məzun qəbul olub ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 68 faizini təşkil edir. Abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər. 2019-cu ildə 1168 məzun, yaxud qəbul olanların 77 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Tələbə adını qazanan məzunlardan 199-u isə xüsusi təyinatlı ali məktəblərə qəbul olublar. Bu il qəbul imtahanlarında məzunların 281-i 500-700 arası bal toplayıb ki, onların da 172-ni, yaxud 61 faizini qızlar, 109-nu, yaxud 39 faizini isə oğlanlar təşkil edir. Yüksək bal toplayan abituriyentlərin 71-i Naxçıvan şəhər, 46-sı Şərur, 36-sı Babək, 27-si Ordubad, 28-i Culfa, 10-u Kəngərli, 18-i Şahbuz, 3-ü Sədərək rayonunun, 42-si isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdır. Ali məktəblərə qəbulda muxtar respublikanın 100 məktəbinin məzunları 500-700 arası nəticə göstərib. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2018-2019-cu tədris ilində məzunlardan 13-ü “Qızıl”, 16-sı “Gümüş” medallara, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, buraxılış və qəbul imtahanlarının yekun nəticələrinə əsasən 500-700 arası bal toplayıblar.

Valideyn Aynurə Hüseynova çıxış edərək deyib: “Muxtar respublikada iqtisadi, mədəni sahələrlə yanaşı, təhsilin inkişafı sahəsində də böyük uğurlar qazanılıb, şagird və tələbələrin təhsil almaları üçün hər cür şərait yaradılıb. Müəllimi olduğum Naxçıvan şəhər 1 nömrəli tam orta məktəb 2005-ci ildə yenidən qurulub, kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təchiz olunub, şagirdlərin dəqiq elmlərə dərindən yiyələnməsi üçün laboratoriya və fənn kabinələri yaradılıb, müasir tədrisin tələblərinə uyğun infrastruktur qurulub. Bütün bunlar məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə geniş imkanlar açıb. 2018-2019-cu tədris ilində məktəbi bitirən şagirdlərdən 2-si fərqlənmə attestatı alıb, 13-ü isə ali təhsil müəssisələrinə qəbul olub. Qəbul imtahanlarında şagirdlərdən 4-ü 500-dən yuxarı bal toplayıb. Bu gün mən çox sevinirəm ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq övladım tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib, 623 bal toplayaraq Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıb. Valideyn üçün övladını təhsilli, savadlı görməkdən böyük xoşbəxtlik ola bilməz”. Aynurə Hüseynova təhsilin inkişafı sahəsində görülən işlərə görə valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Qəbul imtahanlarında 688 bal toplayan Nicat İsmayılov çıxış edərək deyib: “Vətəninin, xalqının tərəqqisi üçün əzmkarlıqla fəaliyyət göstərən rəhbərlə görüş hər bir gəncin arzusudur. Muxtar respublikamızda təhsilin inkişafı, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi şagirdləri yaxşı oxumağa daha da həvəsləndirir. Təhsilimi başa vurduğum Naxçıvan şəhər 12 nömrəli tam orta məktəb bütün zəruri tədris avadanlıqları ilə təchiz edilib. Göstərilən dövlət qayğısının nəticəsidir ki, bu il də tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun “Qızıl” və “Gümüş” medallara layiq görülüb. Mən də “Qızıl” medal alanlar sırasındayam. Bu il keçirilən respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə uğurlu nəticə əldə edərək “Qızıl” medala layiq görülmüşəm. Digər yoldaşlarım kimi məsuliyyətimi başa düşüb, buraxılış və qəbul imtahanlarında, ümumilikdə, 688 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tədrisi ingilis dilində aparılan Maliyyə ixtisasına qəbul olunmuşam. Bu gün muxtar respublikada təhsil alan hər bir şagird bilikli olmaqla yanaşı, Vətənini sevən, milli dəyərlərə sadiq Azərbaycan vətəndaşı kimi formalaşır”. Nicat İsmayılov Naxçıvanda gənclərin təhsil alması üçün yaradılan şəraitə, gəncliyin inkişafına göstərdiyi qayğıya görə bütün məzunlar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır