REGİONLAR


Naxçıvandakı çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə 449 min manat ayrılıb

Bakı, 12 mart, AZƏRTAC

Naxçıvandakı çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 449 min manat ayrılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 449 min manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.