REGİONLAR


“Naxçıvanı tanıyaq” devizi altında ekskursiyalar təşkil edilir

Naxçıvan, 20 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Muxtar Respublikanın Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Məmməd Arazın ev-muzeyinə ekskursiyası təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ekskursiyada muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclər iştirak ediblər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn gənclər muzey haqqında məlumatlandırılıblar. Vurğulanıb ki, ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu muzeyin də əsası Ulu Öndərin təşəbbüsü ilə qoyulub.

Gənclərə elm və sənət xadimlərinin həyat və fəaliyyətlərini, yaradıcılıq yollarını özündə əks etdirən eksponatlar, xatirə şəkilləri haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Gənclər Xalq şairi Məmməd Arazın rayonun Nursu kəndində fəaliyyət göstərən və zəngin irsini yaşadan muzeylə də tanış olublar.

Muzeydə gənclərə Məmməd Arazın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Onlar şairin yaradıcılığı və həyatını əks etdirən eksponatlara maraqla baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.