İDMAN
Naxçıvanın “Araz” futzal komandası Rumıniya çempionu ilə qarşılaşıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Naxçıvanın “Araz” klubu bu gün qrupda sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb. Görüş 6:3 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Hazırda qrupda ikinci olan Joze Alesionun rəhbərlik etdiyi Azərbaycan komandası elit-raunda vəsiqə qazana bilməyib.
Oyunu Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya) və Şota Kukhilava (Gürcüstan) idarə edib.
Qeyd edək ki, “Araz” əvvəl keçirdiyi oyunlarda Bosniya və Herseqovinanın “Mostar” komandasına 5:2, Malta çempionu “St Andreus”a isə 6:4 hesabı ilə qalib gəlib.
“Araz”ın yer aldığı qrupdan elit-raunda yalnız birinci yeri tutan komanda vəsiqə qazanır.