SİYASƏT


Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Serbiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı, 16 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviçin dəvəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində olub.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, qarşılıqlı iqtisadi layihələrin icrası, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.