CƏMİYYƏT
Naxçıvanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
Bakı, 22 may, AZƏRTAC
Ölkə ərazisində mayın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21°, gündüz 28-33° isti, Bakıda gecə 18-20°, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 23-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişli olacaq.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.
Cənub çimərliklərində isə-Türkan, Hövsan, Sahil, Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-21°, gündüz 30-35° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-18°isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-19° isti, gündüz 28-33° isti, dağlarda gecə15-20° isti, gündüz 22-27° isti olacağı gözlənilir.