Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanın sürətli inkişaf və tərəqqisi Heydər Əliyev əmanəti olan muxtariyyətin bəhrəsidir

Naxçıvan, 14 fevral, AZƏRTAC

95 illiyini qeyd edən muxtar respublika ötən ay da yeni-yeni uğurlara imza atdı

Muxtariyyətinin 95 illiyini böyük nailiyyətlərlə qeyd edən Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu uğurla davam etdirilir. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”, – deyən dahi şəxsiyyətin bütün tövsiyələri qədim diyarda daim əldə rəhbər tutulur, sosial-iqtisadi inkişaf konsepsiyası uğurla həyata keçirilir.

Gündən-günə gözəlləşən, yeni-yeni uğurlara imza atan qədim diyar bu gün 5 minillik tarixinin ən parlaq dövrünü yaşayır. Təsadüfi deyil ki, ötən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi mötəbər adları şərəflə daşıdı, dünya mediası tərəfindən geniş işıqlandırılan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədri olduğu “Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının 2018-ci il üçün illik investisiya reytinqində növbəti dəfə lider olması isə muxtar respublikanın hərtərəfli inkişafının davamlı xarakter aldığını bir daha təsdiq etdi. Əldə olunan mühüm nailiyyətlərə, tərəqqiyə görə Naxçıvan Muxtar Respublikasında hər yeni il böyük ruh yüksəkliyi ilə qarşılanır.

Yanvarın 1-də Naxçıvan şəhərində Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Ordubadın incisinə çevrilən yaşayış məntəqəsi

Ulu öndərimiz Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırırdı. Bu gün aparılan geniş quruculuq işləri bölgənin simasını tamamilə dəyişib, Dəstə kəndini isə Ordubadın incisinə çevirib. Kənddə müasir məktəb, kənd və xidmət mərkəzi, lazımi tibbi avadanlıqlarla təmin olunmuş həkim ambulatoriyası, rahat yol tikilib, içməli su xətti çəkilib, mənzillər telefonlaşdırılıb, geniş abadlıq işləri aparılıb. Bütün bunlar doğma diyarımızda insan amilinə verilən yüksək qiymətin növbəti təzahürüdür. Yaradılan bu şərait sakinlərin rahat yaşayışına xidmət etməklə yanaşı, həm də bir kəndin timsalında muxtar respublikamızın, ölkəmizin sürətli inkişafının göstəricisidir. 

Ali Məclisin Sədri yanvarın 14-də yeni ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsi olan Dəstə kəndindəki həmin obyektlərin açılışında iştirak edib. Kənd tam orta məktəbinin yeni binasının açılışında Ali Məclisin Sədri həyata keçirilən quruculuq siyasətinin əsasında dayanan, gələcəyimizə hesablanmış mühüm strateji xəttin əhəmiyyətini vurğulayaraq deyib: “Bu gün ölkəmizdə təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ona görə ki, təhsil ölkənin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Təhsil müstəqil dövlətin təməlidir”. Çünki hər bir ölkənin idarə olunmasında, inkişafında təhsilli və vətənpərvər gənclərə ehtiyac vardır. Həmin gənclər isə məktəblərdə hazırlanır. Bu gün ölkə Prezidenti də təhsili himayə edir, bu sahənin inkişafına hərtərəfli qayğı göstərir, müasir tədrisin tələblərinə uyğun məktəblərin qurulması üçün dövlət büdcəsindən lazımi vəsait ayrılır. Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir, istər şəhər, istərsə də ucqar dağ kəndlərindəki məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulur”.

Bəli, məhz müdrik dövlət xadimləri ölkənin, diyarın təkcə bu gününü deyil, həm də gələcəyini düşünür, bu istiqamətdə mühüm addımlar atır, bununla da insanların böyük sevgisini, rəğbətini qazanırlar. Klassik alman filosofu Hegelin tarixi şəxsiyyətlər haqqında dediyi kimi: “Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, ədalətli və zəruri işlər görmüşlər”.

Muxtar respublikamızda həyata keçirilən islahatların mərkəzində işıqlı gələcəyimiz üçün zərurətə çevrilən təhsilin mövcud infrastrukturunun müasirləşdirilməsi dayanır. Bu gün elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən 20 ildən artıq bir dövrdə həyata keçirilən tədbirlər nəticəsində zəngin maddi-texniki bazaya və tədris şəraitinə malik müasir təhsil müəssisələri fəaliyyətə başlayıb. Məktəblər kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin olunub. Vaxtilə bizim üçün xəyal olan distant təhsil artıq günümüzün reallığıdır. Dəstə kənd tam orta məktəbində də yaradılan şərait görülən işlərin tərkib hissəsidir. Bu, bütövlükdə, xalqın və dövlətin gələcək müqəddəratına hesablanmış iqtisadi resursların insan kapitalına çevrilməsi prinsipinin əməli iş müstəvisinə çəkilməsinin əyani ifadəsidir.

Yol infrastrukturu quruculuğu davam etdirilir

Muxtar respublikada iqtisadi inkişafın əsas göstəricisi sayılan yol infrastrukturu quruculuğuna da xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa¬-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb, yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb. Həmin sərəncama uyğun olaraq, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.

Yanvarın 14-də Ali Məclisin Sədri həmin yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb, tikinti işləri aparılarkən ərazinin relyefinin nəzərə alınması, eləcə də keyfiyyətə xüsusi diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunublar

Bu gün muxtar respublikada sosial qayğıya ehtiyacı olanların rahat yaşayışı təmin edilib. Təsadüfi deyil ki, hər il qədim diyarda şəhid ailələri və sağlamlıq imkanları məhdud şəxslər üçün mənzillər tikilir, onlar avtomobillərlə təmin olunurlar. Bu il yanvarın 19-da isə bir şəhid ailəsinə və Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə isə minik avtomobili təqdim olunub.

“Mənzil və avtomobillərin təqdim olunması Vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara dövlətimiz tərəfindən göstərilən qayğıdır. Bu şəxslərin Vətən yolunda göstərdikləri xidmətlər digər insanlar üçün nümunədir”, - deyən Ali Məclisin Sədri ailəsi mənzillə təmin olunan şəhidə və bütün şəhidlərimizə rəhmət diləyib, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və məhdud fiziki imkanlı şəxsə təşəkkür edib, onlara yeni mənzillərində firavan həyat arzulayıb. Ali Məclisin Sədri mənzillərin orderlərini və “NAZ Lifan - 320” markalı minik avtomobilinin açarını təqdim edib.

Onu da deyək ki, şəhid ailəsinə verilmiş mənzil Ordubad şəhərində, Azərbaycan Vətən Müharibəsi iştirakçısına verilmiş mənzil isə Babək qəsəbəsində yerləşir. 2 otaqlı mənzillər təmir olunub və lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.

Şəhidlərə ehtiram

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı qırğın törədildi. 20 Yanvar faciəsinin törədilməsinin əsas səbəbi xalqımızın müstəqillik arzusunu boğmaqla yanaşı, həm də torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndinin SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunması bunu bir daha təsdiq edir. Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd edilib.

Yanvarın 20-də Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlib, “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək tər güllər düzüb.

İnsan amili ön plandadır

Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin növbəti ifadəsidir. Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi isə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikamızda səhiyyə sistemi ən müasir tələblər səviyyəsinə yüksəldilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması və Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması bu sahədə görülən işlərin davamıdır. Yanvarın 24-də Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib. 

Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edib, xəstəxanada yaradılan şəraitlə tanış olub.

Bu gün Şərur rayonunda bir mərkəzi xəstəxana, bir kənd sahə xəstəxanası, bir Gigiyena Epidemiologiya Mərkəzi, 27 ambulatoriya və 32 feldşer-mama məntəqəsi tərəfindən səhiyyə xidməti göstərilir. Rayonun 116 mindən artıq əhalisinin 41 mindən çoxu 1-17 yaş arasında olan uşaq və gənclərdir. Onlara lazımi tibbi xidmətin göstərilməsi və uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi üçün rayonda uşaq xəstəxanasının yaradılması, tibbi avadanlıqlarla təmin olunması, bu mənada mühüm əhəmiyyət kəsb edir. Bu, muxtar respublikada gələcəyimiz olan uşaqların sağlamlıqlarının qorunmasına göstərilən qayğının daha bir ifadəsidir.

İcbari tibbi sığorta tətbiq edilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq, Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilib. Şərur rayonunda da bu sahədə tədbirlər görülüb, mərkəzi xəstəxananın təcili yardım şöbəsi lazımi avadanlıqlarla təmin edilib, tibbi yardım briqadasının sayı artırılıb. Rayonda icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılıb. Bu baxımdan yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirənin keçirilməsi, müşavirədə rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərarın qəbul olunması sakinlərin müasir tələblərə uyğun olaraq tibbi xidmətlərlə əhatə edilməsinə şərait yaradıb. 

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə, Maliyyə və Səhiyyə nazirliklərinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı birgə müzakirələrin aparılması və təkliflərin hazırlanması barədə tapşırıqlar verib.

Sakinlərin rahatlığı təmin olunur

Ötən dövrdə muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində görülən işlər davam etdirilib, Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında aviakassalar tikilərək sakinlərin istifadəsinə verilib. Müasir memarlıq üslubunda inşa olunan Şahbuz Şəhər Aviakassası da bu sahədə görülən işlərin davamıdır. Yanvarın 30-da yeni Aviakassanın açılışı olub.

Ali Məclisinin Sədri Şahbuz Şəhər Aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: “Həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafının göstəricisidir. Çünki hər bir ölkənin ümumi inkişafı yalnız bir sahədə deyil, bütün sahələrdə inkişaf təmin olunduğu zaman mümkün olur. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ilə gedən Azərbaycanda hərtərəfli inkişaf təmin edilib. Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti bütün sahələrin inkişafını diqqətdə saxlayır. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının beynəlxalq səviyyədə qurulması bunu bir daha təsdiq edir”.

Şahbuz şəhərinin arxitekturasına xüsusi yaraşıq verən Aviakassada 9 yeni iş yeri yaradılıb. Bundan sonra 25 mindən çox rayon sakini vaxt itkisinə yol vermədən yaşadığı ərazidən həm ölkəmizin, həm də dünyanın istənilən yerinə səyahət etmək üçün bilet ala biləcəkdir. Turizm bölgəsi olan, füsunkar təbiətə malik Şahbuz rayonunda yeni Aviakassanın istifadəyə verilməsi həm də turistlərin rahat səyahət etmələrinə şərait yaradır.

Mədəniyyət kollektivlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır

Rayonun turizm cazibədarlığını artıran digər məqamlardan biri də burada qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadılmasıdır. Bu gün Şahbuzda mədəni-tanışlıq turizminin inkişafı üçün də geniş imkanlar vardır. Çünki özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti rayonda tarixən mədəniyyətin inkişafına səbəb olub. Son illər burada aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə edib, mədəniyyət kollektivlərinin fəaliyyəti üçün geniş imkanlar açıb. Yanvarın 30-da Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi də görülən işlərin davamıdır.

Mədəniyyət Sarayının açılışında iştirak edən Ali Məclisin Sədri müasir dövr üçün mühüm olan bir məsələyə toxunaraq deyib: “Bu gün dünyada gedən qloballaşma prosesləri zəruri edir ki, hər bir xalq öz mədəniyyətini qorusun və təbliğ etsin. Çünki xalqın səviyyəsini həm də onun malik olduğu zəngin mədəniyyət təsdiq edir. Mədəniyyət Sarayında yaradılan şərait də imkan verəcəkdir ki, xalqımızın qədim mədəniyyətə və zəngin mənəviyyata malik olduğunu göstərə bilək, onları qoruyub gələcək nəsillərə çatdıraq”.

Muxtar respublikamızda arxiv işinin təşkilinə də xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.

Yanvarın 30-da Ali Məclisin Sədri Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan şəraitlə tanış olub, arxiv sənədlərindən düzgün istifadə və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

Qarşılıqlı əməkdaşlıq müsbət nəticələr verir

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycan-Çin əlaqələrinin genişləndiyini, bunun tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın nümunə səviyyəsində olduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrdən, xüsusilə “Huawei” şirkəti tərəfindən yeni texnologiyaların tətbiqi sahəsində həyata ¬keçirilən layihələrdən danışan Ali Məclisin Sədri Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasında Çinin ölkəmizdəki səfirliyinin dəstəyini qeyd edib və əməkdaşlığın müxtəlif sahələrdə inkişafının vacibliyini vurğulayıb.

Yanvarın 31-də Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua açılış tədbirində iştirak ediblər.

Ali Məclisin Sədri uşaqların qidalanmasına və sağlamlığına xüsusi diqqət yetirilməsi, təlim-tərbiyə prosesinin düzgün təşkili, qayğıya ehtiyacı olan, məhdud fiziki imkanlı və hər iki valideyni işləyən uşaqların bağçaya qəbuluna üstünlük verilməsi, eləcə də qurulanların qorunub saxlanılması barədə tapşırıqlar verib.

Otuz ilə yaxındır blokada vəziyyətində yaşayan Naxçıvanın inkişafı Heydər Əliyev yolunun təntənəsidir

Heydər Əliyev ideyalarına sədaqət nümunəsi olan Naxçıvan bu gün gələcəyə daha böyük inamla addımlayır, yeni-yeni nailiyyətlər əldə edir, ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olur. Muxtar respublikada atılan hər bir addım, qəbul edilən hər bir qərar ictimaiyyət tərəfindən mütərəqqi təşəbbüs kimi qiymətləndirilir, cəmiyyəti düşündürən hər bir məsələdə Naxçıvan təcrübəsi nümunə kimi götürülür. “Hədəfsiz gəmiyə heç bir külək kömək edə bilməz” deyib dahilər. Görkəmli dövlət xadiminin göstərdiyi yolla qətiyyətlə irəliləyən Naxçıvan strateji hədəfləri uğurla reallaşdırır. Bütün bunların təməlində isə milli dövlətçiliyə sıx bağlılıq, yorulmaz fəaliyyət dayanır. Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”.

 

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH