REGİONLAR


“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib

Naxçıvan, 15 iyul, AZƏRTAC

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında 7-12 və 12-17 yaş qruplarından ibarət dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd plener keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək Naxçıvanın özünəməxsusluğunu əks etdirən tarixi abidələri barədə danışıb. Bildirib ki, qədim diyarın həmin abidələrlə zəngin olmasını şagirdlərə daha yaxşı aşılamaq məqsədilə keçirilən etüd plener onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşmasına öz töhfəsini verir.

Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin tarix müəllimi Təhminə Cabbarova çıxışında qeyd edib ki, muxtar respublikada 1200-dən artıq tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 57 abidə dünya, 496-sı ölkə, 665-i isə yerli əhəmiyyətlidir. Əcdadlarımızın yadigarı olan həmin abidələr xalqımızın keçmişinin, qədim mədəniyyətinin göstəricisi, daş yaddaşıdır. Muxtar respublikada tarixi abidələr dövlət qayğısı ilə əhatə olunub, onlar bərpa edilərək tarixiliyi və möhtəşəmliyi özünə qaytarılıb.

Sonra şagirdlər Möminə Xatun türbəsinin, Xan Sarayının, Açıq Səma Altında Muzeydəki daş eksponatların rəsmlərini çəkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.