REGİONLAR


Naxçıvanın təbii mineralı - seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Naxçıvan, 2 iyun, AZƏRTAC

ABŞ-ın nüfuzlu “Şüşə və keramika” (Glass and Ceramics) jurnalında AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvanın təbii mineralı əsasında fojazit tipli seolitin sintezi və tədqiqi” adlı məqaləsi dərc olunub.

AMEA-nın Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasının təbii mineralı əsasında geniş praktiki əhəmiyyətə malik fojazit tipli seolitdən bəhs olunan məqalədə təbii minerallar əsasında aparılan tədqiqatların nəticələri, onların fiziki-kimyəvi xassələri işıqlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.