REGİONLAR


Naxçıvanın turizm potensialının tanıdılması məqsədilə növbəti infotura start verilib

Naxçıvan, 22 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmaq məqsədilə “Nəqşicahan” Holdinqin sponsorluğu ilə iyunun 22-dən 24-dək qədim diyara “Nuh diyarı – Naxçıvan” infotur təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, infoturun iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.

Bu gün Naxçıvan Biznes Mərkəzində infoturun rəsmi açılış tədbiri olacaq, görüşlər keçiriləcək. Sonra qonaqlar Ordubad rayonuna səfər edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.