Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı keçirilib

Naxçıvan, 7 iyul, AZƏRTAC

İyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın plenar iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təşkilatçılara təşəkkür edib, qonaqları salamlayaraq deyib: Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvanda islam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Ali Məclisin Sədri deyib: 653-cü ildən sonra isə bu mədəniyyət islam mədəniyyəti ilə vəhdətdə inkişaf etmişdir. Çünki həmin tarixdən ərəblərlə bağlanmış müqavilə nəticəsində naxçıvanlılar könüllü olaraq islam dinini qəbul etmişlər. Bu müqavilə elmi, siyasi və tarixi baxımdan diqqəti cəlb edir. Dini etiqada görə təktanrıçı olan naxçıvanlılar Nuh peyğəmbərin davamçıları kimi də etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından islam dininə yaxın idilər. Müqavilənin elmi və siyasi əhəmiyyəti onunla şərtlənir ki, ərəblər artıq müstəqil olan Naxçıvanın yerli idarəçiləri ilə müqavilə bağlamışdılar. Bu, həmin dövrdə Naxçıvanın başqa dövlətlərin tərkibində olmasını təkzib edən çox mühüm faktordur. Diqqət çəkən amillərdən biri də odur ki, bağlanmış müqavilə “naxçıvanlıların həyatına, əmlakına və şəhər divarlarının toxunulmazlığına təminat” verib.

Qeyd olunub ki, Azərbaycanın Naxçıvan diyarında türk-islam mədəniyyəti on ikinci əsrdə özünün intibah mərhələsinə çatıb. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və islam memarlığında yeni bir məktəbin əsasını qoyub. Son illər muxtar respublikada qeydə alınan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrdən 70-ə yaxını bərpa olunub. Bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Min illər ərzində formalaşan tarixi-mədəni irsimizi, xüsusilə türk-islam mədəniyyəti ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə dəyərli sənət nümunələri yaradırlar. Müasir şəhərsalma işlərində türk-islam mədəniyyəti elementlərindən məqsədyönlü şəkildə istifadə olunur.

Ali Məclisin Sədri deyib: Zaman keçdikcə Naxçıvanın zəngin tarixi-mədəni irsi onun türk-islam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilən “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikası ərazisindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoyacaqdır.

Ali Məclisin Sədri Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi ilə bağlı keçirilən beynəlxalq konfransı Azərbaycan və islam tarixşünaslığına mühüm töhfə kimi dəyərləndirib, konfransa öz işində uğurlar arzulayıb.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Naxçıvanın türk-islam maddi-mədəniyyətinin təşəkkülünə dair: yeniliklər və ənənələr” mövzusunda çıxış edərək deyib ki, son illər Naxçıvanda mindən artıq müxtəlif təyinatlı abidə qeydə alınıb, milli-mədəni irsimizi yaşadan əsərlər, xüsusilə “Naxçıvan abidələri ensiklopediyası” nəşr olunub. Muxtar respublika ərazisindəki abidələrin xeyli hissəsi müsəlman dövrü abidələridir. Türk-islam mədəniyyəti əsrlər boyu böyük türk dünyasının, eləcə də azərbaycanlıların inkişafına güclü təsir göstərən mühüm amil olub. Naxçıvanın islamı qəbul etmiş əhalisinin bu mədəniyyətin daşıyıcıları kimi çıxış etmələri regionun maddi-mənəvi həyatında da tədricən yeni dövrün, türk-islam mədəniyyəti dövrünün başlanmasına rəvac verib. İslamın qərarlaşma prosesinin başlandığı və nəhayət başa çatdığı zaman kəsiyinə aid abidələrin üzərindəki süjetlərdə əski türk inancları və ənənəvi dini təsəvvürləri ilə bağlı müxtəlif rəmzlər öz əksini tapmışdır. Sonrakı dövrün abidələrində isə yerli türk ideoloji ənənələrinin islam dəyərlərinə xas olan ənənələrlə qovuşduğu görünür. Bu mənada Naxçıvandakı türk-islam mədəniyyəti abidələrində rəmzləşən elementlər həm də milli ideologiyamızın əsas daşıyıcıları kimi qəbul olunmalıdır. Nailə Vəlixanlı Naxçıvanın tarixinə, abidələrinin tədqiq olunmasına və bərpasına göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

“Naxçıvan məzar abidələrinin türk sənətində yeri” mövzusunda çıxış edən Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş deyib ki, Naxçıvandakı məzarüstü abidələrlə Anadoludakı eyni formalı abidələr tikinti texnikası, memarlıq quruluşu və istifadə olunan materiallar baxımından bir-birinə yaxındır. Yusif Küseyir oğlu türbəsi ilə Ərzincandakı Məlik Qazi Türbəsi, Möminə xatın türbəsi ilə Konyadakı Qılınc Arslan türbəsi, Gülüstan türbəsi ilə Kayseri, Niğdə, Ərzurum və Amasya türbələri, Qarabağlar türbəsi ilə Sivasdakı Güdük Minarə eynilik təşkil edir. Bu da bir daha təsdiq edir ki, memar Əcəmi tərəfindən əsası qoyulan Naxçıvan memarlıq məktəbi türk və islam dünyası memarlığının inkişafına mühüm təsir göstərib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasi “Еldənizlərin paytaxtı Naxçıvan və Atabəylər Komplеksi” mövzusundakı çıxışında diqqətə çatdırıb ki, Naxçıvanın XII əsrdə Azərbaycan Atabəylərinin paytaxtı olması şəhərin mеmarlığının formalaşmasında mühüm rol oynayıb. Tarixi qaynaqlar haqlı olaraq Naxçıvanın iri şəhərə çеvrilməsini Atabəylərin - Еldənizlərin adı ilə bağlayır. Həmin dövrə aid müxtəlif tarixi əlyazmalarda da qeyd olunur ki, Naxçıvan məhsuldar torpaqları, bol yеraltı sərvətləri, yüksək kеyfiyyətli sənətkarlıq istеhsalı və çox əlverişli stratеji mövqеyi ilə yaxşı tanınırdı və gеniş uluslararası əlaqələrdə fəal iştirak еdirdi. XII əsrdə Еldənizlər kimi qüdrətli bir dövlətin paytaxtı еdilməsi bu şəhərdə artıq dayanıqlı əsası olan sənətlərin, xüsusən mеmarlığın inkişafına güclü təkan vеrdi. Bu gün Naxçıvanda tarixi abidələr bərpa və təmirlə yanaşı, tədqiq və təbliğ də olunur. “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı da bu məqsədə xidmət edir.

Plenar iclasda Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “Naxçıvan və Marağa Memarlıq Məktəbinin abidələri” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycan orta əsrlər dövründə islam dünyasının ən zəngin və parlaq memarlıq irsini yaratdı. Bu dövrdə Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Naxçıvanda, Təbrizdə və Marağada memarlıq sahəsində çoxlu möhtəşəm abidələrin yaradılması bütün Azərbaycanda memarlığın yüksək dərəcədə inkişaf etdiyini göstərir. Əcəmi Naxçıvani tərəfindən işlənib hazırlanmış kompozisiyalar və dekorativ üsullar ətraf yerlərdə ucaldılan xatirə abidələrinə də böyük təsir göstərib. Naxçıvan memarlıq məktəbinin XII əsrə təsadüf edən yüksəlişi dövründə Marağada da memarlıq inkişaf edirdi. Tədqiqatçıların fikrincə, Marağa abidələri Azərbaycan memarlığının Naxçıvan məktəbinin ən mühüm xüsusiyyətlərini özündə əks etdirir. Bu mənada “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı türk-islam mədəniyyəti abidələrinə, zəngin tariximizə verilən dəyərin ən yüksək ifadəsidir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın türk-islam abidələri tarixi qaynaqlarda” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan diyarı dünya sivilizasiya mərkəzlərindən biri, türk-islam abidələri ilə zəngin bir ərazidir. Bu ərazidə yaşamış insanlar çoxsaylı tarix və mədəniyyət abidələri yaradıb, bunların bir qismi günümüzədək gəlib çatıb. Orta əsrlərdə və yeni dövrdə Azərbaycana, eləcə də Naxçıvana səfər edən bir sıra görkəmli səyyah və tədqiqatçıların əsərlərində, yol qeydlərində Naxçıvanın tarixi abidələri haqqında çox maraqlı və əvəzolunmaz məlumatlar vardır. Naxçıvanın türk-islam mədəniyyəti abidələri Naxçıvanın qədim tarixə, çoxəsrlik dövlətçilik ənənələrinə, görkəmli şəxsiyyətlərə, müxtəlif mədəniyyətlərin yarandığı bölgəyə, tarix-memarlıq abidələrinə malik olan bir diyar olduğunu, tarix, memarlıq və mədəniyyət abidələrinə yüksək diqqət və qayğı göstərildiyini bir daha təsdiq edir. İsmayıl Hacıyev tarixi irsimizə, türk-islam mədəniyyəti abidələrinin təmiri və bərpasına, həmçinin onların tədqiqinə göstərdiyi diqqət və qayğıya görə konfrans iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filminə baxış olub.

Beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanıb.

Həmin gün beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı