REGİONLAR


Naxçıvanlı alim Rusiyanın “Akademik” Elmi-Nəşriyyat Mərkəzi və “İvanov Manacment Group” Elm-Təhsil Holdinqinə rəyçi seçilib

Naxçıvan, 12 fevral, AZƏRTAC 

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Rusiyanın “Akademik” Elmi-Nəşriyyat Mərkəzi və “İvanov Manacment Group” Elm-Təhsil Holdinqinə rəyçi seçilib.

Akademiyanın Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, elmi nəşrlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində məhsuldar iş aparan hər iki müəssisənin Rəyasət Heyəti tərəfindən 221 alim arasından seçilən 23 namizəddən biri olan Fizzə Məmmədova son 5 ildə Rusiyanın nüfuzlu elmi jurnallarında dərc olunan məqalələrinin səviyyəsinə, aktuallığına və üzvü olduğu Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının təqdimatına görə sözügedən qurumlara rəyçi seçilib.

Dünyanın elmi-nəşriyyat xidmətləri sırasında aparıcı yer tutan bu akademik qurumlarda il ərzində yüzlərlə elmi konfranslar keçirilir, çoxsaylı elmi jurnallar dərc edilir, elektron elmi baza və kitabxanalar, onlayn kurslar fəaliyyət göstərir.

Qeyd edək ki, hüquqi rəyçi statusu ilə yanaşı, azərbaycanlı alimin elmi məqalələri və kitabları həmin nəşriyyatlarda güzəştli şərtlərlə dərc olunacaq və “Science Public Library” elektron kitabxanasında sərgilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.