REGİONLAR


Naxçıvanlı alim beynəlxalq onlayn konqresdə qədim diyarda dulusçuluğun tarixi ilə bağlı çıxış edib

Naxçıvan, 6 iyun, AZƏRTAC

Türkiyənin Şanlıurfa şəhərində onlayn keçirilən Göbəklitəpə Beynəlxalq Sosial və Bəşəri Elmlər Konqresində AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Erkən Tunc dövründə Naxçıvanda dulusçuluq” mövzusunda məruzə ilə çıxış edib.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Toğrul Xəlilov çıxışında Naxçıvanın qədim sənətkarlıq sahələrindən olan dulusçuluq haqqında məlumat verib. Alim məruzəsində muxtar respublika ərazisində Erkən Tunc dövrü abidələrindən aşkar olunan keramika məmulatlarının müqayisəsini aparıb. O, Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olan Naxçıvanda bu mədəniyyətin formalaşması tarixinin qədim olduğunu qeyd edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa şəhərinin düşmən işğalından azad edilməsinin 100 illiyinə həsr olunan tədbir Harran və İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə “Zoom” proqramı vasitəsilə bir sıra ölkələrin alim və mütəxəssisləri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.