REGİONLAR


Naxçıvanlı alimin beynəlxalq simpoziumdakı çıxışı maraqla qarşılanıb

Naxçıvan, 29 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən V Beynəlxalq Uşaq və Gənclik Simpoziumunda iştirak edib.

AMEA Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, simpoziumda Azərbaycan, Almaniya, Rusiya, İran, Pakistan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Tatarıstan və Ukraynadan 70-dən çox elm adamı iştirak edib. Beynəlxalq tədbirdə uşaq və gənclik ədəbiyyatı sahəsində iz buraxan yazıçı, şair, rəssam, redaktor, naşir və elm adamlarının həyat və yaradıcılıqları, əsərləri ilə bağlı elmi məruzələr dinlənilib.

2014-cü ildən bəri mütəmadi olaraq keçirilən simpoziumun builki əsas mövzusu “Yaşayan uşaq ədəbiyyatçıları” olaraq müəyyən edilib. Tədbirdə Elxan Məmmədov “Naxçıvanda yaşayan və uşaqlar üçün şeirlər yazan şair: İbrahim Yusifoğlu” mövzusunda məruzə ilə çıxış edib. Məruzə təşkilatçılar və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, simpoziumun keçirildiyi ərəfədə IV Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Təşkilat Komitəsinin yığıncağı da olub. Təşkilat Komitəsi nümayəndələrinin birgə rəyi əsasında Elxan Məmmədov həmin komitəyə üzv qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.