İDMAN


Naxçıvanlı futbolçular “Real Madrid”də

Naxçıvan, 25 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, ötən ay Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Real Madrid” Fondu ilə birgə həyata keçirdiyi “Futbol vasitəsilə uşaqların sağlamlıqlarının qorunması və sosial həyata inteqrasiyası” layihəsi çərçivəsində yaradılan məktəbin açılışı olmuşdur.

Bu çərçivədə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin təşkil etdiyi təlim Şərur rayonunda keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, həyata keçirilən layihə artıq öz bəhrəsini verməkdədir. Bir aydır fəaliyyət göstərən məktəb artıq tərəf-müqabili olan “Real Madrid” futbol klubu ilə əməkdaşlığa başlamışdır.

Uşaq futbolunun inkişafına böyük önəm verən Naxçıvanın iki futbolçusu İspaniyaya yollanmışdır. 13 yaşlı Yasin Əliyev və Cəbrayıl Yusifov artıq Madriddədirlər və onlar ispan klubunun 13 yaşlılardan ibarət qruplarında məşqlərə başlamışlar. Futbolçularımızın bir il İspaniyada qalacağı və orada futbolun sirlərini öyrənəcəyi gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.