MƏDƏNİYYƏT


Naxçıvanlı gənc rəssamın əsərləri Bakıda sərgilənəcək

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Bakı Xətai Sənət Mərkəzində Naxçıvanın tanınmış gənc rəssamı Səbrəli Nəbiyevin sənət əsərlərindən ibarət “Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi “Cahan Holding”in dəstəyi və Naxçıvan Rəssamlar Birliyinin təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə gənc rəssamın 60-dan çox əsəri nümayiş olunacaq.

Üç gün davam edəcək sərginin ekspozisiyasında rəssamın müxtəlif mövzulu sənət əsərləri yer alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.