REGİONLAR


Naxçıvanlı idmançı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev Azərbaycanı təmsil edəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yığmamızın heyətində ilk dəfə olaraq olimpiya oyunlarında iştirak edəcək Tərmenxana böyük ümidlər var.

O, hazırda öz yaş qrupu və çəki dərəcəsində dünyanın güclü idmançılarından biridir. Məşqçi Səfi Hüseynovun yetirməsi idman mütəxəssisləri tərəfindən olimpiadada qələbə qazanmağa real namizəd kimi göstərilir. Onun olimpiya oyunlarına vəsiqə qazanması, eyni zamanda, Naxçıvan idmanı tarixində ilkdir.

Qeyd edək ki, bu gün Azərbaycanın olimpiya komandası Cənubi Amerika ölkəsinə 17 idmançı (8 qız və 9 oğlan), 12 məşqçi və həkim, nümayəndə heyətinin rəhbəri və gənc səfirdən ibarət heyətlə yollanıb. Bundan başqa, nümayəndə heyətinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bəzi federasiyaların rəhbərləri də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.