REGİONLAR


Naxçıvanlı idmançılar beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə ediblər

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən karate-do üzrə “Bakı Open” beynəlxalq çempionatında Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançısı, 16-17 yaş qrupunda tatami üzərinə çıxan Aslan İsmayılov uğurla çıxış edib. O, 76 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şamaxı Olimpiya-İdman Kompleksində Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə 13-14 yaşlı yeniyetmələr arasında keçirilən güləş üzrə VI açıq respublika turnirində isə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı Dadaş Dadaşzadə 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan və Qırğızıstandan, ümumilikdə, 300-ə yaxın güləşçi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.