REGİONLAR


Naxçıvanlı karateçilərimiz Avropa çempionatında uğurlu nəticələr qazanıblar

Naxçıvan, 7 noyabr, AZƏRTAC

Makedoniyanın Skopiya şəhərində karate idman növü üzrə keçirilən XI Avropa çempionatında iştirak edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları uğurlu nəticələr qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 7 idmançı və 1 məşqçi müəllimlə yarışa qatılan Naxçıvan komandası 5 qızıl, 2 gümüş, 11 bürünc olmaqla, ümumilikdə, 18 medalla vətənə qayıdıblar. Belə ki, Rafiq Hüseynli 8-9 yaş qrupunda şəxsi döyüş üzrə 3 qızıl, Vüsal Seyidov 14-15 yaş qrupunda şəxsi döyüş üzrə 2 qızıl, 1 gümüş, komanda üzrə 1 bürünc, Aslan İsmayılov 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 bürünc, komanda üzrə 1 bürünc, Sərcan Məmmədov +18 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, komanda üzrə 1 bürünc, Rəşad Qasımov 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 gümüş, komanda üzrə 1 bürünc, Nərgiz Həsənli 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, Yaqub Qəmbərov 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc medal qazanıblar. Komanda hesabında isə Naxçıvan komandası III yerin sahibi olub.

Qeyd edək ki, çempionatda 20 Avropa ölkəsindən 1500 nəfər idmançı iştirak edib. Onlar 3 kateqoriya üzrə (WKF, Şobu Nihon və Şobu Sanbon) mübarizə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.