REGİONLAR


Naxçıvanlı məktəblilər “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Naxçıvan, 3 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində keçirilən “Üç alov” adlı beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalında naxçıvanlı məktəblilər uğurlu nəticə qazanıblar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mövcud vəziyyətlə bağlı onlayn şəkildə keçirilən festivalda Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Bayram Tahirov rəqs, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Məleykə Vəliyeva isə klassik instrumental ifaçılıq nominasiyası üzrə onlayn şəkildə iştirak ediblər. Hər iki şagirdin çıxışı qiymətləndirilərək həvəsləndirici yerə layiq görülüb. Uğur qazanan şagirdlər Qran-Pri diplomu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, hər il keçirilən “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında naxçıvanlı məktəblilər ilk dəfə iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.