REGİONLAR


Naxçıvanlı məktəblilər beynəlxalq müsabiqədə uğur qazanıblar

Naxçıvan, 17 fevral, AZƏRTAC

Naxçıvan şəhərindəki Qızlar Liseyinin XI sinif şagirdləri Səma Abdullayeva və Bəhriyyə Mustafayevanın Moskvadakı Pedaqoji layihələrin elm-təhsil mərkəzində yerləşən Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyasının təşkil etdiyi “Mənim elmdə addımım” adlı şagird və tələbələr üçün ümumrusiya distant konfransında “Naxçıvan daş duzundan Tibbi natrium xloridin alınması” adlı məqaləsi sertifikata layiq görülüb.

Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, şagirdlər ümumrusiya distant konfransında AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin rəhbərliyində iştirak ediblər.

Qeyd edək ki, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.

Layihə çərçivəsində iştirakçıların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərlə müxtəlif beynəlxalq səviyyəli müsabiqə, konfrans və olimpiadalarda iştirakı təmin edilir.

2020-ci ilin noyabr ayından yenidən başlanan layihənin uğurları davam edir. Qızlar Liseyinin XI sinif şagirdlərinin ümumrusiya distant konfransında iştirakları həmin layihə çərçivəsində təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.