REGİONLAR


Naxçıvanlı şagirdlər olimpiadada yüksək nəticə göstəriblər

Naxçıvan, 19 iyun, AZƏRTAC

Naxçıvanlı şagirdlər respublika fənn olimpiadasında yüksək nəticələr əldə ediblər.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, olimpiada 8 fənn – Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib. Bilik yarışına xüsusi istedada və hazırlığa malik IX, X və XI sinif şagirdləri qatılıblar. Olimpiadanın şəhər-rayon mərhələsində 781 şagird iştirak edib ki, onlardan da 218-i yarımfinal, 87-si isə final turuna vəsiqə qazanıb.

İyunun 5-də və 9-da keçirilən final mərhələsində 87 şagird öz bilik və bacarığını nümayiş etdirib. Şagirdlərin 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla, ümumilikdə, 24 medal qazanıb. Qaliblərin 5-i IX sinif, 4-ü X sinif, 15-i isə XI sinif şagirdidir. Həmin medalların 13-ü Naxçıvan şəhərində, 11-i isə rayonlarda fəaliyyət göstərən, Təhsil Nazirliyinə birbaşa tabe olan məktəblərin payına düşür.

Muxtar respublikada yaradılan müasir tədris şəraiti gələcəkdə də şagirdlərin uğur qazanacağına əminlik yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.