REGİONLAR


Naxçıvanlı şahmatçılar Qırğızıstan komandasını məğlub edib

Naxçıvan, 30 oktyabr, AZƏRTAC

Naxçıvan Şahmat Mərkəzində internet üzərindən yarış təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışda Naxçıvan komandası ilə Qırğızıstanın Talas şəhərinin komandası mübarizə aparıb.

azerichess.az saytı vasitəsilə yayımlanan oyunda komandaların hər birinin heyətində 7 zəka sahibi yarışıb. Yeddi oyundan ibarət olan görüşün nəticəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri 4,5:2,5 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, Naxçıvan komandasının heyətində Sadiq Qarayev, Zahid Allahverdiyev, Oğuz Cabbarlı, Ramal Həsənov, Nəzrin Cəfərli, Almara İbrahimbəyli və Şahnaz Əlizadə təmsil olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.