ELM VƏ TƏHSİL


“Naxçıvantəpədə 2018-ci ilin arxeoloji tədqiqatları” monoqrafiyası çapdan çıxıb

Bakı, 19 avqust, AZƏRTAC 

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Turan Həşimova, Kamran Mehbalıyev və Elmar Baxşəliyevin həmmüəllifi olduqları “Naxçıvantəpədə 2018-ci ilin arxeoloji tədqiqatları” adlı monoqrafiya çapdan çıxıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru professor Qüdrət İsmayılzadə, rəyçiləri tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovdur.

Kitabda Naxçıvantəpə yaşayış yerində 2018-ci ildə aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilib. Arxeoloji tədqiqatlar nəticəsində Naxçıvantəpədə Eneolit dövrünün erkən və orta mərhələsinə aid tapıntılar əldə edilib.

Monoqrafiya universitet tələbələri və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.