REGİONLAR


Nazillidən Masallıya könül körpüsü: türkiyəli qonaqlar Masallıda

Masallı, 6 avqust, Bağır Əliyev, AZƏRTAC

Türkiyə Respublikasının Aydın vilayətinin Nazilli rayon bələdiyyəsinin nümayəndə heyəti Masallıda səfərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində türkiyəli qonaqlarla keçirilən görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Masallının tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi inkişafı, mədəniyyəti, əhalinin məşğulluğu barədə qonaqlara məlumat verib.

Görüşdə çıxış edən Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık, Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva Türkiyə-Azərbaycan dostluğundan danışıblar.

Türkiyəli qonaqlar Masallının tarix və mədəniyyət abidələri ilə tanış olub, rayonun mənzərəli yerlərinə baş çəkiblər.

Şəhərin Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-İncəsənət Məktəbi ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb.

Tədbir şəhərin Heydər Əliyev Parkında “Nazillidən Masallıya könül körpüsü” adlı konsert proqramı ilə davam edib.

Konsertdə respublikanın tanınmış incəsənət ustaları ilə bərabər, qardaş ölkədən gəlmiş folklor qrupu, Masallının “Halay” folklor qrupu, rayon Uşaq-İncəsənət Məktəbinin rəqs qrupu, Rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.