İDMAN


Nazim Babayev Avropa və ABŞ yığmaları arasında keçiriləcək atletika yarışında çıxış edəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçiriləcək turnirdə üçtəkanla tullanma üzrə qitə çempionumuz Nazim Babayev də çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, idmançımız Bakı vaxtı ilə 20:10-da mübarizəyə başlayacaq. Atletimiz yarışda dördüncü nömrə altında qüvvəsini sınayacaq.

Sentyabrın 10-da, həmçinin Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev də 200 metr məsafəyə qaçışda mübarizə aparacaq. R.Quliyev isə Bakı vaxtı ilə saat 22:00-da start xəttinə çıxacaq.

Üç yüz atletin 30-dan çox növdə yarışacağı turnir “Dinamo” Milli Olimpiya Stadionunda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.